ArxivXəbər lentiXəbərlər

“Müsəlman Birliyi Hərəkatı” Yəmənlə bağlı bəyanat verdi

Səudiyyə Ərəbistanını Azərbaycandakı səlahiyyətli səfiri cənab Musaid bin İbrahim bin Abdullah Əl-Səlimə “Müsəlman Birliyi Hərəkatı” tərəfindən bəyanat verilib.

Hərəkatın mətbuat xidmətindən AzadXeber.az-a daxil olan bəyanatda bildirilir:

“Dünya ölkələri sülh və əminəmanlıq şəraitində yaşamaq hüququna malik olması dünya səviyyəli təşkilatların bəşəriyyətə təqdim etdiyi hüquq konvensiyalarının əsas hissəsini təşkil etməsi heç kəsə gizlin deyil. Bu günün İnsan Hüquqları adından çıxış edən İnsan Haqları təşkilatının da əsas təqdim etdiyi prinsiplərində öz əksini tapıb. Bununla yanaşı dünya hüquq toplumunda dövlətin mənbəyini təşkil edən xalqların seçim və istəklərini tərənnüm edən hakimiyyətlərin mövcudluğu siz Səudiyyə dövlətinin yenə də narahatlıq ünvanı olmaqdadır. Heç bir hüquq və konsepsiyalara sığmayan Yəmənin hakimiyyət, dövlətdaxili seçimə kobud müdaxilə ilə Səuddiyyə rejimi bir daha öz irtica siyasətini sərgiləməyə davam etməsini heç kəsdən gizlin saxlamır. Bir neçə il öncə Bəhreyn xalqına qarşı soyqırımına qalxan Səudiyyə hakimiyyəti bu gün Yəmən torpaqlarına hücumu seçimi xalqa aid olan hakimiyyət seçmək hüququna kobud müdaxilə etməsini sərgiləyir. Xalqın istəyi ilə hakimiyyəti ələ alan Husilərə qarşı qalxan bu rejim heç bir konvensiyaya məhəl qoymadan dinc əhalinin yaşamaq hüququnu əlindən alaraq onları qətlə yetirməkdədir. Maraqlısı odur ki, bir neçə il öncə Misirdə zorla hakimiyyəti ələ keçirən General Sisinin qanunsuz, bütün xalqın istəklərinin əksinə olaraq hakimiyyəti ələ keçirməsi bu rejm tərəfdarları və bu qan içən siyasətdə onlara müttəfiq olan dövlətləri bir anlıq olsun belə narahat etməmişdi. İndi xalqın əksər kütləsinin seçiminə kobud müdaxilə edərək müstəqil bir dövlətin ərazi bütövlüyünə, dinc əhalinin ölümünə səbəb olan bu addımlar yenə də Səudiyyə Ərəbistan tərəfindən icra olunur və dünyanın yalançı sülh təminatçıları da bu işdə onlara dəstək verməkdədir. Biz, torpaqlarının 20 faizi işğalçı erməni rejimi tərəfindən zorla ələ keçirilən və dünya ölkələrinin bu haqsızlığa susmasının acısını yaşayan bir xalq kimi bu siyasətin arxasında duran maraqları çox gözəl anlayır, sizin vasitənizlə təqdim etdiyiniz dövlət olan Səudiyyə Ərəbistanına qısa bir zamanda Yəmən qətliamına son verməyə çağırırıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button