ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdoğan şərtlərini açıqladı “İsveç və Finlandiyanın NATO-ya daxil olması dəstəklənə bilər”

Rəcəb Təyyib Ərdoğan İsveç və Finlandiyanın Ankara ilə yekdil oacağı təqdirdə onların NATO-ya üzvlüyünün dəstəklənəcəyini dilə gətirib.

Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı deyib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını o şərtlə dəstəkləyəcək ki, Helsinki və Stokholm təhlükəsizlik məsələlərində Ankara ilə həmrəy olduqlarını açıq şəkildə bildirsinlər. 

“Əgər İsveç və Finlandiya əsas məsələlərdə, xüsusən də “terrorla mübarizə”də mövqelərinin Türkiyəyə bənzədiyini açıq şəkildə nümayiş etdirməsələr, Ankara bu ölkələrin NATO-ya üzvlüyünə müsbət reaksiya verməyəcək”, – deyə Ərdoğan bildirib.

Ərdoğan bəyanatında vurğulayıb ki, Türkiyə alyansın “açıq qapı siyasətini səmimiyyətlə dəstəkləyir”, lakin İsveç və Finlandiyanın üzvlük iddiasının nəticəsi onların Türkiyənin “həyati milli təhlükəsizlik maraqlarına” münasibətindən asılıdır.

Daha əvvəl “Financial Times” nəşri yazıb ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətə baxılması prosesinin başlanmasına mane olub.

Bu arada İsveçin baş naziri Maqdalena Andersson Ərdoğanla telefon söhbətindən sonra verdiyi açıqlamada PKK-nın terrorçu təşkilatlar siyahısına salınmasını açıq şəkildə dəstəklədiklərini bildirib.

Hökumət başçısı dövlət televiziyasının efirində deyib: “Türkiyə prezidenti ilə söhbət zamanı İsveçin beynəlxalq terrorla mübarizəni alqışladığını vurğuladım. Bu mübarizədə PKK-nın terrorçu təşkilatlar siyahısında olmasını açıq şəkildə dəstəklədiyimi bildirdim”, -deyə

O, həmçinin “Twitter” hesabında yazıb: “Türkiyə prezidenti Ərdoğan ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı bugünkü görüşü yüksək qiymətləndiririk. Sülh, təhlükəsizlik və terrorla mübarizə də daxil olmaqla ikitərəfli əlaqələrimizi gücləndirməyi səbirsizliklə gözləyirik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button