AktualAktualArxivmədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbilin müvəqqəti imam cüməsi: Sionist rejimlə İslam ölkələri arasında münasibətlərin normallaşması onları cürətləndirib

 

Ayətullah Füruği: “Sionistlərin Fələstin xalqına qarşı cinayətlərdə cürətlənməsi və bu cinayətləri ifadə edə bilmələrinin əsas səbəbi İslam ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırmasıdır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbilin müvəqqəti imam cüməsi həzrət Ayətullah Füruği bu həftənin cümə namazı xütbələrində müsəlmanları ilahi təqvaya dəvət etməklə yanaşı deyib: “Aləmlərin Rəbbi mömin insanlar üçün iki mühüm göstəriş verir. Onun birincisi təqvadır. Təqva tövhid mehvərində yaşamaq və Allahın sevdiyi həyatı seçmək deməkdir.”

İnsanın kamil olması üçün təqva əsasında hərəkət etməli olduğunun vacibliyini bildirən xətib deyib: “Bəziləri dünyada bizə həyat tərzi vermək istəyirlər ki, insanlar hamısı bir formada düşünsün. Onlar bizim şəxsiyyətimizi dəyişmək, öz istədikləri şəxsiyyəti yaratmaq istəyirlər. Bu şəxsiyyət də qəzəb, şəhvət və illüziyalara əsaslanır.”

Ayətullah Füruği möminin zamanı tanıyan və müraqibə əhli olduğunu vurğulayaraq deyib ki, təqva olmadan dini cəmiyyətin mənası yoxdur. Mütəal Allah buyurur ki, həm kəmiyyət, həm də keyfiyyət baxımından təqvaya riayət edin və həyatın hər bir sahəsində təqvalı olun.

İmam cümə əsirlikdən azad edilənlərin İslam vətəninə qayıtması ildönümünə işarə edərək deyib: “Azadələr fədakarlıq, hürriyyət, irfan və qəhrəmanlıq nümayiş etdirdi. İnsanın həyatında tövhid özünə yer etdiyi qədər, onun həyatı xüsusi məna kəsb edir. Əgər cəmiyyətdə tövhidə bağlı insanlar yoxdursa, o cəmiyyət ölüb və öz əsl məharətini itirib. Bəzən insanın cismi əsirdir, lakin canı və ruhu azaddır.”

Cümə xətibi əlavə edib: “Dünya sevgisi insanı əbədi əsarətə aparır. Əgər insan “cananın bəyəndiyini bəyənmək” məqamına nail olacaq şəkildə Allahın əmrinə təslim olubsa, azadlıq tapmışdır. Nəfsdən azad olan hər kəs tərəqqi edə bilər.”

Ayətullah Füruği xütbəsinin digər hissəsində sionist rejimin son cinayətlərini izah edərək deyib: “İslam dünyası illərdir “İsrail” adlı problemdən əziyyət çəkir. Təəssübkeş yəhudilər bəşər tarixində bütün fitnələrin kökündə dayanır və bir çox sapınmalar yaradıblar. Onlar özlərindən başqa heç kimi qəbul etmirlər və özlərini üstün irq hesab edirlər.”

Sionistlərin fitnələrinə işarə edən imam cümə deyib: “Sionistlər son bir neçə gündə Qəzza zolağında 150 nəfəri qətlə yetirdilər və utanmadan deyirlər ki, 5 uşağı öldürdük. Əvvəllər belə cinayətlərini inkar edirdilər, indi isə heç bir xəcalət çəkmədən deyirlər. Belə cürətlənmələrinin səbəbi nədir?

Onları etdikləri cinayətlərdən danışmağa cürətləndirən səbəblərdən biri sionist rejimlə İslam ölkələri arasında münasibətlərin normallaşmasıdır.

İkinci səbəb bəzi millətlərin məsuliyyətsizliyidir ki, onlar məsuliyyət qəbul etmək əvəzinə məsuliyyətə qarşı çıxıblar və öz öhdəlikləri əleyhinə döyüşürlər.

Üçüncü səbəb hökumətlərin iqtisadi və hərbi sahələrdə Amerikadan qorxması, dövlət başçılarının öz vəzifəsini itirmək qorxusudur.

Dördüncü səbəb İslam cəmiyyətində nifaqın olmasıdır. Halbuki, Quran buyurur ki, bir-birinizlə çəkişməyin. Çünki belə olduqda zəifləyirsiniz və izzətinizi itirirsiniz.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button