AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbilin ixracat bölmələri Azərbaycanda beynəlxalq sərgidə iştirak edəcək

Ərdəbil Əyaləti Sənaye, Mədən və Ticarət İdarəsinin müdiri: Ərdəbilin ixracat qrupları Türkiyə və Azərbaycanda keçiriləcək beynəlxalq sərgilərdə iştirak edəcək.
Qafqaz Mədəniyyət Mərkəzi – Seyid Hamid Amili Ərdəbildə istehsal və ixracat bölmələrinin problemlərinin araşdırılması ilə bağlı keçirilən iclasda deyib: “Ərdəbil əyalətinin istehsal və ixracat bölmələrinin yüksək potensiallarına diqqət etməklə ixracat məhsullarının artırılması məqsədilə beynəlxalq sərgilərdə fəal iştirak etməyi qərara almışıq. Bu istiqamətdə ixracat sahəsində fəal olan istehsal və sənaye bölmələrini Türkiyə və Azərbaycanda baş tutacaq beynəlxalq sərgilərdə iştirak etməyə dəvət edirik”.
Ərdəbil əyaləti sənaye, mədən və ticarət idarəsinin müdiri istehsal və ixracat bölmələrinin xarici sərgilərdə aktiv iştirakının zəruriliyini diqqətə çatdıraraq deyib: “Dünyanın fəal və genişlənməkdə əsas rol oynayan bazarları ilə əlaqə yaratmaq üçün bacarığı və məhsulun keyfiyyətini artırmaqdan əlavə, birbaşa bazara giriş əldə etmək də çox önəmlidir”.
Seyid Hamid Amili İran və Azərbaycan Respublikası arasında anlaşma və ticarət əlaqələrini çox əhəmiyyətli adlandıraraq deyib: “Son vaxtlar Azərbaycan Respublikası və Ərdəbil əyalətinin ticarət heyətlərinin qarşılıqlı səfərləri çərçivəsində bir sıra ticarət memorandumlar imzalanıb və bu memorandumlara uyğun olaraq, Ərdəbil və Azərbaycan Respublikası arasında coğrafi qonşuluq və sərhəd ortaqlıqlarına diqqət etməklə, ticarət əlaqələri daha da artırılacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button