ArxivXəbər lentiXəbərlər

General Salehi Ərdəbilin ənənəvi teştqoyma mərasimində iştirak edib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini: “Çoxdan idi ki, Ərdəbilin came məscidində teştqoyma mərasimində iştirak etmək üçün intizar çəkirdim. Bu gün arzuma çatdım”.
Qafqaz Mədəniyyət Mərkəzi – İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Ətaullah Salehi Ərdəbildə teştqoyma mərasimində iştirakı ilə bağlı hisslərini bölüşərək deyib: “Çoxdan idi ki, Ərdəbilin came məscidində hüseynçi əhalinin ənənəvi teştqoyma mərasimində iştirak etməyin intizarını çəkirdim. Bu günləri arzuma çatdım və çox yaxşı hisslər yaşayıram”.
General, İmam Hüseyn (ə) və həzrət Əbəlfəz (ə) aşiqlərinin iştirakı ilə Ərdəbilin ənənəvi teştqoyma mərasiminin çox əzəmətli şəkildə keçirilməsinə işarə edərək deyib: “Bu mərasim çox xas və əzəmətlidir. Onu vəsf etmək mənim üçün çox çətindir”.
Ətaullah Salehi daha sonra deyib: “Mən hər il məhərrəm ayı astanasında Ərdəbilin teştqoyma mərasimində iştirak edirəm. Bu mərasimdə iştirak etmək mənə çox yaxşı hisslər verir. Həmin hissləri başqa şeylərlə müqayisə etmək olmaz”.
Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini İran xalqının, xüsusilə də Azərbaycan və Ərdəbil əhalisinin İmam Hüseynə (ə) və həzrət Əbəlfəzə (ə) xüsusi sevgisinin olduğunu vurğulayaraq deyib: “Ərdəbil əhalisi çox əzəmətli şəkildə əzadarlıq keçirir. Ərdəbillilər hər il bu mərasimi təşkil etməklə Şəhidlər sərvərinə (ə) öz sevgilərini göstərirlər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button