ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın Doha səfiri: “İsrail rejimi dörd İran diplomatının qaçırılmasında cavabdehdir”

 qafqaz.ir Giperssilka-a istinadən xəbər verir ki, İranın Qətərdəki səfiri Rza Dehqani Pude 5 iyul tarixində Livanda dörd İran diplomatının qaçırılmasının ildönümünü ilə bağlı qaçırılan dörd iranlı diplomatın şəkillərini Tvitterdə paylaşaraq belə yazıb:

“5 iyul 1982-ci il tarixində terror aktı və adam qaçırma hadisəsi nəticəsində ölkəmizin Beyrutdakı diplomatları, cənab Möhsün Musəvi Kirdar, cənab Əhməd Motusalian, hərbi attaşe cənab Tağı Rasteqar Müqəddəm və jurnalist cənab Kazım Əxavan qaçırıldı. Beynəlxalq hüquq qaydalarına görə, Livanı işğal etmiş İsrail rejimi bu qaçırılma hadisəsinə görə cavabdehdir”.

İyulun 4-də İran İslam Cümhuriyyəti Xarici İşlər Nazirliyi də bununla bağlı açıqlama yayıb. Nazirlik açıqlamasında iranlı diplomatların qaçırılmasında siyasi və qanuni məsuliyyət daşıdığına görə İsraili günahlandırıb və bu məsələnin diplomatik əlaqələrin gündəmində olduğunu bildirib.

Xatırladaq ki, 4 iyul 1982-ci ildə “Seyid Möhsün Musəvi”, “Hacı Ahmad Motusalian”, “Taqi Rasteqar Müqəddəm” və “Kazım Əxavan” adlı dörd İran diplomatının avtomobili diplomatik polis himayəsində olmalarına baxmayaraq, beynəlxalq qaydalar və konvensiyaların ziddinə olaraq, Livanın Barabah bölgəsində İsrailin əmri altında fəaliyyət göstərən silahlı muzdlular tərəfindən saxlanılaraq qaçırılıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button