ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya İŞİD-in  planlaşdırdığı bir sıra terror hücumlarının qarşısı alınıb

qafqaz.ir Sputnik-ə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bazar ertəsi günü Moskvada və digər şəhərlərdə İŞİD terror qruplaşması üzvlərinin planlaşdırdığı bir sıra terror hücumlarının qarşısının alındığını açıqlayıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, bu yaxınlarda Moskvada, Həştərxanda və Cənubi Kabardin-Balkariya Respublikasında qarşısı alınan bir sıra terror hücumları İŞİD terror qruplaşması tərəfindən planlaşdırılıbmış.

Terror hücumlarının qarşısını almaq üçün aparılan əməliyyatlarda 6 İŞİD terrorçusu öldürülüb, 2 nəfər həbs olunub.

FSB-nin açıqlamasında İŞİD terror qruplaşmasının 2021-ci ilin yayında Rusiyada olan qeyri-fəal üzvləri tərəfindən planlaşdırılan bir sıra terror aktlarının qarşısının alındığını bildirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button