ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Moskva Əhli-beyt (ə) İslam Cəmiyyəti Rusiya prezidentinə müraciət ünvanlayıb 

Rusiyada fəaliyyət göstərən Moskva Əhli-beyt (ə) İslam Cəmiyyəti cəmiyyətin fəaliyyət göstərməsi üçün özünəməxsus yer təsis edilməsi məqsədilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Bu barədə Giperssilka.ru-ya cəmiyyətin sədri Hacı Nizami Baloğlanov bildirib.

N.Baloğlanov saytımıza açıqlamasında vurğulayıb ki, bu məsələ ilə bağlı dəfələrlə Rusiya Prezident Administrasiyasına, Moskvanın keçmiş və hazırkı merləri Lujkov və Sobiyanninə, həmçinin bütün dövlət strukturlarına müvafiq müraciələr olunsa da, cəmiyyətə bu günə kimi yer ayrılmayıb.

“Ümumiyyətlə Rusiyada, xüsusən paytaxt Moskvada məscid çox azdır. Bizim “Prospekt Mir”də 20 illik fəaliyyətimiz olub. Orada yeni məscid tikiləndə bizi oradan  çıxardılar. Sonradan “Otradnoye” (“İnam” məscidi , – red.) məsciddə ibadət edirdik. Həmin məscid azərbaycanlıların pulu ilə tikilsə də, heç bir sənəddə bu yer almadığından məscid ərazinin sahibi tatar Rəşid Bəyazudinin adı ilə bağlı qalıb. Rəşid də bu gün deyir ki, azərbaycanlılar bu məscidin tikilməsində heç bir kömək etməyib. O,  da müxtəlif bəhanələrlə bizim camaatı ordan çıxardı. Onunla aparılan danışıqların da heç bir faydası olmadı”.

Rusiyada, xüsusilə paytaxt Moskvada çoxlu sayda Əhli-beyt (ə) tərəfdarı olmasına, buna rəğmən onların cümə namazlarının qılınması kimi izdihamlı tədbirlər üçün məscidlərinin olmamasına diqqət çəkən cəmiyyət sədri həmçinin bildirib: “Bizə münasib yerdə geniş bir ərazi ayrılarsa, özümüz məscid tikərik. Cəsarətlə deyirəm ki, biz tək millət, tək məzhəb olaraq 100 min adamın iştirakı ilə bayram namazını qılarıq. Təəssüf ki, bizim əlimizdə belə imkanlar yoxdur. Çoxsaylı müraciətlərimizə baxmayaraq, hələ ki bizim dərdimizə çarə tapan yoxdur. Onu da qeyd edim ki, biz məsciddə sadəcə ibadətlələ məşğul olmuruq, həm də gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə edirik. Bizim yanımızda böyümüş neçə gənc Vətən uğrunda döyüşlərdə qəhrəmancasına qazi və şəhid olublar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun”.

“Allah bütün dünyanı, müsəlmanları, Azərbaycanımızı qorusun. Allah bütün insanları bir-birinə mehriban eləsin.
Bizim məqsədimiz dünyada sülhü, qardaşlığı bərpa etməkdir”, – N.Baloğıanov vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button