ArxivQarabağXəbər lentiXəbərlər

Ərdəbil Əyaləti İslami Təbliğat İdarəsinin baş direktoru: İran İslam ümmətinin, o cümlədən Azərbaycanın taleyinə həssasdır

Höccətül-islam Qasim Cəfərzadə: “İran İslam Respublikası İslam ümmətinin və dünyanın hər yerində yaşayan müsəlmanlarının taleyinə çox həssasdır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Q. Cəfərzadə bu gün “Qarabağ münaqişəsi; zəminələr, səbəblər və nəticələrin araşdırılması” iclasının mətbuat konfransında deyib: “İran İslam Respublikası dünya müsəlmanlarının, o cümlədən Azərbaycan Respublikası müsəlmanlarının taleyinə həssasdır və bu toplantılar inkaredilməz xalq hərəkatıdır.”
Höccətül-islam Cəfərzadə bu gün keçirilən konfransın Qarabağ münaqişəsi ilə bağlı milli konfransın ilk konfrans öncəsi olduğunu bildirərək deyib: “İslam ümmətnin taleyi ilə bağlı həssaslıq tamamilə xalq hərəkatıdır və dünyada İslam ümməti kimliyinin qorunması üçün çox önəmlidir və İran İslam Respublikası üçün əhəmiyyət daşıyır.”
Ərdəbil Əyaləti İslami Təbliğat İdarəsinin baş direktoru Qarabağ bölgəsinin İran üçün əhəmiyyətinə də toxunaraq deyib: “Qarabağ İslam ümmətinin torpağı olduğu üçün işğal olunmamalı idi. Bu baxımdan Qarabağın taleyi İran üçün önəmlidir.”
Qarabağ münaqişəsi ilə bağlı keçirilən konfransın məqsədlərindən söz açan Cəfərzadə qeyd edib ki, bu konfransın əsas mehvərlərindən biri də müqavimət nəzəriyyəsidir və bu mövzu ilə bağlı çoxlu toplantılar keçirilir. Habelə Qarabağda texnologiya və rabitə aspektlərinin araşdırılması digər önəm daşıyan mövzulardandır.
O əlavə edib: “Qarabağ münaqişəsində İran İslam Respublikasının mövqei, Azərbaycan xalqı ilə həmrəyliyi və ona dəstəyinin aspektləri, habelə Qarabağ müharibəsində regional və transregional oyunçuların rolu və məqsədləri, İran İslam Respublikasının qorunması və sabitliyində alim və elitlərin rolunun araşdırılması konfransın digər hədəflərindən sayılır və bu zəminədə məqalələr yazılıb təqdim ediləcək.”
Höccətül-islam Cəfərzadə bildirib ki, əsas konfrans regional (şimal-qərb) konfrans ünvanı ilə Ərdəbildə keçiriləcək və bu konfransda bütün İrandan mütəfəkkirlər iştirak edəcək. Ərdəbil əyalətinin şəhərlərində bu istiqamətdə digər konfranslar da baş tutacaq və regional konfrans öncəsi Mühəqqiq Ərdəbili və Azad İslam universitetlərində, elmi hövzələrdə bir sıra konfranslar keçirlməsi nəzərdə tutulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button