ArxivXəbər lentiXəbərlər

İran ilə Azərbaycan Respublikası arasındakı tranzit marşurutları genişləndirilməlidir

İranın Azərbaycan Respublikasındakı səfiri bu ölkə ilə malların tranziti marşurutlarının genişləndirilməsi vacibliyini vurğulayıb.

Qafqaz.ir  İRNA-ya istinadla xəbər verir ki, İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi dünən Bakının Hövsan beynəlxalq limanına baxış keçirdikdən sonra öz Tvitter səhifəsində yazıb: “İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında tranzit yollarının şaxələndirilməsi perspektivi ümidvericidir”.

Musəvi İran gəmilərinin bu limandakı fəaliyyətinə toxunaraq, əlavə edib: “Ro-Ro tipli gəmilərdən istifadə bu gün və sabahın tələbidir”.

Qeyd edək ki, Bakı Hövsan Beynəlxalq Limanı Azərbaycan Respublikasının Xəzər dənizində 1956-cı ildən bəri fəaliyyət göstərən ən böyük limanlarından biridir və onun vasitəsilə neft və neft məhsulları, tikinti materialları, kənd təsərrüfatı məhsulları və digər mallar nəql edilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button