AktualAktualArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Əmir Abdullahian: “Biz regionun geosiyasətində istənilən dəyişikliyi rədd edirik”

Qafqaz Həqiqətləri xəbər verir ki, , İran xarici işlər naziri rusiyalı həmkarı ilə birgə keçirilən mətbuat konfransında belə vurğulayıb:

“Bu danışıqlarda biz iki ölkə arasında strateji və uzunmüddətli əməkdaşlığın imzalanmasına dair sazişlərin son vəziyyətini nəzərdən keçirdik və yekun mərhələdəyik. Ümid edirik ki, yaxın vaxtlarda bu sazişi imzalamaq üçün cənab Lavrovu İranda qonaq edəcəyik.

Həmçinin, Qafqazdakı hazırkı hadisələrlə bağlı xüsusi danışıqlarımız oldu və biz bu regionda gərginliyin davam etməsini Azərbaycan Respublikasının və Ermənistanın xeyrinə hesab etmirik. Regionda təhlükəsizliyə, sülhə, sabitliyə doğru irəliləməyi lazım bilirik. Məntəqədə geosiyasi dəyişikliklər üçün səyləri regionda vəziyyəti daha da mürəkkəbləşdirən amil hesab edirik, ona görə də hesab edirik ki, bu sahədəki məsələlər 3+3 formatında nizamlamaq olar. Digər mövcud mexanizmlər və hərbi güclərə əl atmaq üsullarından uzaqlaşılmalıdır.

Ümid edirəm ki, bu görüşün və səylərin nəticəsi məsələlərin sülh yolu ilə həllinə gətirib çıxaracaq. Biz regionun geosiyasətindəki hər hansı dəyişikliyi hər hansı əsaslandırma ilə rədd edirik və hesab edirik ki, bu məsələyə dialoq və siyasi həll yolu ilə müxtəlif tərəflər cəlb olunmalıdır.”

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button