ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əliyev Rusiya Günü münasibətilə Putini təbrik edib

Azərbaycan Respublikasının prezidenti Rusiya Günü münasibətilə Putini təbrik edib.

 İlham Əliyevin təbrik məktubunda Azərbaycan-Rusiya strateji tərəfdaşlığının və çoxplanlı əməkdaşlığın inkişafı vurğulanır. “Ölkələrimizin ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur. Cari ilin fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanması son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini təsbit edib. Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə birgə səylərimizlə bundan sonra da durmadan möhkəmlənəcək və genişlənəcək”, – deyə Azərbaycanın dövlət başçısı qeyd edir.

Qeyd edək ki, ABŞ prezidentinin İlham Əliyevə ünvanladığı məktublarında Azərbaycan rəhbərliyini mümkün qədər Rusiyadan məsafə saxlamağa çağırması fonunda bu məktubu Birləşmiş Ştatlara “yox” cavabı kimi qiymətləndirmək lazımdır. Başqa söz İ. Əliyev Ağ Evə belə bir mesaj verir ki, xarici siyasətdə ABŞ-ın təsiri altına düşməyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button