ArxivXəbər lentiXəbərlər

MMDİB və “Muminun Cəfəri” ilahilər qrupu şəhid ailəsini yat etdilər – Foto

“Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin üzvləri və Muminun Cəfəri ilahilər qrupu aprel döyüşlərində şəhid olmuş Emin Bağırovun ailəsini ziyarət edib
İslamazeri.az-ın verdiyi xəbərə görə, ziyarət zamanı təşkilat üzvləri şəhidin ailəsilə maraqlanıb, şəhid haqqında söhbətlər ediblər. Şəhidin atası İmran Bağırov MMDİB üzvləri və ilahilər qrupuna təşəkkür edib, millətimizdən razı olduğun bildirib. Atası hökumətdən şəhidlərə dəyər verilməsini və şəhidlərin adının yaşadılmasına üçün səy göstərməyə çağırıb. İmran Bağırov söhbət zamanı oğlunun adına küçə verilməsi üçün müracitə etdiyini, lakin bəzi qurumların buna müsbət baxmadığını bildiriblər.
“Mənə deyirlər nə istəyirsiz? Deyirəmki oğluma dəyər verilməsini. Əgər sizin oğlunuz şəhid olsaydı siz tac istəyərdiniz. Kimin adamı var deyəmi ad və dəyər verirsiz? Tovuzdan bir millət vəkilinin səyilə bir şəhidə Milli Qəhrəman verdilər, lakin mənim adamım yoxdu, sadəcə oğlunun adının yaşamasını istəyirəm, artıq bir şey istəyirəm? Bu şəhid olub, qəhrəmanlıq edib. Hətta hücum etdikləri yerə yemək götürməyiblərki, yeyəcəyin yerinə silah və gülə götürsünlər…”, -deyə şəhidin atası İmran Bağırov bildirib.
Təşkilat üzvləri ailəyə səbr diləyərək, oğlunun gec-tez layiq olduğu ada layiq olacağını və tarixə düşdüyünü bildiriblər.

MMDİB

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button