ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan Respublikası müştərək avtomobil istehsal edəcək

İranın sənaye,mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin Bakıya səfərində Bakıdan 168 km cənubda yerləşən Neftçala sənaye şəhərciyində İran İslam Respublikası və Azərbaycan Respublikasının müştərək avtomobilqayırma zavodunun inşasına start verilib.

İRNA-nın verdiyi məlumata görə, Mərasimdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri və İran-Azərbaycan müştərək iqtisadi əməkdaşlıq komissiyasının azərbaycanlı həmsədri Şahin Mustafayev də iştirak edib.

Mərasimdə bildirilib ki, İranxodro və Azyorokar şirkətlərinin 15 milyon dollarlıq müştərək investisiyası hesabına inşa ediləcək bu zavod illik 10 min minik avtomobili istehsal edəcək və 300 nəfər üçün iş yeri yaradacaq.

İran və Azərbaycan Respublikası arasında müştərək avtomobil istehsalı barədə razılıq aprel ayında imzalanıb.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev Bakı-Tehran əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çəkərək qarşılıqlı əməkdaşlıqların bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib və bunun iki ölkə rəhbərlərinin siyasi iradəsindən mənşə aldığını xatırladıb.

Şahin Mustafayev deyib: Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri, səfərlər əsnasında baş tutan görüşlər və imzalanan sazişlər iki ölkə əlaqələrinin inkişafına təkan vermişdir. Şahin Mustafayev İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına gözlənilən səfərinə toxunaraq, bu səfərin də əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button