ArxivIslammədəniyyatQadin və hicabXəbər lentiXəbərlər

Zövq və rahatlıq ocağı

«Sizin üçün, onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!» (“Rum” surəsi, ayə 21)
“Ailə qurmağın fəlsəfəsi nədir?” “Evliliyin məqsədi nədir?” sualına hər kəs öz dünya görüşünə uyğun cavab verir. Sosioloq və psixoloqlar isə bu sualı insan və cəmiyyət nöqteyi-nəzərindən cavablandırır və bəzən hədəfin iqtisadi, bəzən cinsi təminat, bəzən isə nəsil davamı olduğunu deyirlər. Mümkündür ki, başqa ictimai və tərbiyəvi hədəflər də saysınlar. Sadalananlar evliliyin faydaları olsa da, ailə qurmağın əsl hədəfi ola bilməzlər.
Bəs, ailə qurub evlənməyin hədəfi nədir?
Hikməti və rəhmətilə zövcü yaradan Allah, əsl hədəfi qadınla kişinin bir-birinin yanında aramlıq tapmasında bilir. Bu aramlığın bəhrəsi isə sevgi və rəhmətdir ki, qadınla kişi bir-birlərinə olan eşq ilə ruhi və cismi aramlıq tapıb tərəqqi etsinlər və Allaha layiqli xəlifə olmağı öyrənib, cəmiyyətə dəyərli övladlar təhvil versinlər.
Dediyimiz kimi, nəslin davamı, cinsi ehtiyacın ödənməsi, cəmiyyətin iqtisadi inkişafı – bunların hər birisi evliliyin fərdi hədəfi olsa da, əsl hədəfi deyil. Əsl hədəf iki zövcün bir-birinin yanında tapdığı aramlıqdır.
Başqa sözlə desək, ola bilər ki, qadın və kişi ailə qursun, onların bir neçə övladı olsun, qarşılıqlı ehtiyacları ödənsin, ailə və cəmiyyətin iqtisadi inkişafına da təkan versinlər, amma bir-birlərinin yanında rahatlıq tapmasınlar, bir-birlərinə məhəbbət və bağlılıqları olmasın. Belələri bəlkə də, təkcə həyat axarı, yaxud ictimai yöndən ad-sanını qorumaq üçün yoldaşına dözürlər və illər uzunu narahat yaşayaraq, solmuş ruh, müxtəlif xəstəliklərə düçar bədən, aram olmayan övladlar və ruhi çatışmamazlıqlara sahibdirlər. Mümkündür ki, onlar həyatlarından razılıq da etsinlər. Lakin bu zahiri rizayət xaraba divar üzərinə yapışdırılmış gözəl divar kağızına bənzəyir. O gözəl görünür, lakin aldadıcıdır. Onların ruhi və cismi xəstəliklərdən şikayət etmələri isə həqiqi hədəfə – “aramlığa” yetişməmələrinin göstəricisidir.
Ər-arvad ailə qurduqdan sonra bir-birlərinin yanında rahatlıq tapmaq üçün səy edib çalışmalıdırlar. Nə zaman onu tapmasalar, bilsinlər ki, onların rabitəsində həlli təxirə salınmaz problem yaranıb. Belə hallarda həm ər, həm də arvad tez, təəccübsüz, səhvsiz öz münasibətini araşdırmalı və dönüb özünə baxmalıdır. O, təkəbbür və qürura qapanmayıb, ailə məsələlərinin mütəxəssisiylə məsləhətləşib və ya bu sahədə faydalı kitablar oxuyub öz səhv rəftarlarını düzəltməlidir. İslahedici işlərə daha çox diqqət yetirməli, münasibətlərini düzəltməlidir ki, nəticədə hasil olan rahatlıqdan eşq və məhəbbətə yetişə bilsin.
Bu aramlıq necə hasil olur? Başqa sözlə, hansı rəftarlar ailədə aramlıq yaratmağa səbəb olur? Hansı rəftar ər və arvadın bu aramlığını poza bilər? Sizcə, qadın və kişi bir-biriylə necə davranmalıdır ki, bir-birinə rahatlıq bəxş etsinlər?
Quran və Əhli-Beytin (ə) elmindən kömək alıb, ailə həyatınızı bütün ailə üzvlərinin rahatlığa qərq olduğu bir ocağa çevirin. Hələ də gec deyil…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button