Aktual

H.Əliyevin ad gününə Türkiyədən 7 milyon dollarlıq bəzək bitkisi alıb

Türkiyədən ixrac olunan canlı bitkilərin alışında isə Azərbaycan 4-cü yerdədi
Bu ilin may ayında ölkədə ənənəvi keçirilən gül bayramı ilə bağlı material hazırlamışdıq. Həmin materialda respublikaya xarici ölkələrdən gətirilən güllər və onlara ayrılan məbləğlər haqda da danışmışdıq. Hələ mayın 8-də Türkiyə Süs Bitkiləri İhracatçıları ve Mamulleri Birliyinə məktub yazsaq da, məktubumuza heç bir cavab verilməmişdi.

Təzəlikcə məktubumuza cavab gəlib. Cavabda 2012-2013-cü illərdə digər ölkələrlə yanaşı, Azərbaycana satılan güllərin miqdarı, məbləği göstərilib. Cədvəl 1 -də bəzək bitkilərinin alışına görə Azərbaycanın 2012-2013-cü illərdə 6-cı yerdə olduğu göstərilib. 2012-ci ildə Türkiyədən 10 922 084 ədəd bəzək bitkisi 3 847 858 ABŞ dollarına alınıb. 2013-cü ildə bu rəqəm qiymətlərin ucuzlaşmasına görə bir qədər azalıb. Belə ki, cari ildə 19 914 123 ədəd bəzək bitkisinə 3 122 119 ABŞ dolları xərclənib.

Türkiyədən ixrac olunan canlı bitkilərin alışında isə Azərbaycan 4-cü yerdədi. Cədvəl 2-də 2012-ci ildə 10 685 583 ədəd canlı bitkiyə 3 819 807 ABŞ dolları verildiyi göstərilib. 2013-cü ildə 19 862 043 ədəd canlı bitki 3 111 691 ABŞ dollarına başa gəlib.

Ümumilikdə götürdükdə 2012-2013-cü illərdə toplam rəqəm belədir: 2012-ci ildə təkcə Türkiyədən alınan bəzək bitkilərinə və canlı güllərə 7 667 665 dollar, 2013-cü ildə isə 6 233 810 dollar vəsait xərclənib.(tia)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button