Aktual

“Azadlıq” radiosunun rəhbəri müxalifət liderləri ilə görüşüb

“Azad Avropa/Azadlıq” radioları korporasiyasının müvəqqəti prezidenti Kevin Klouz iyulun 15-də AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərlə görüşüb.https://1-ps.googleusercontent.com/sx/www.azadliq.info/fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/373xNx67911_144367009102530_646108162_n.jpg.pagespeed.ic.FwRJK5z-xh.jpgGörüş barədə “Azadlıq” qəzetinə danışan Əli Kərimli deyib ki, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti müzakirə olunub, radionun yayımına yaradılan maneələrə toxunulub: “Azərbaycan kimi avtoritar sistemlərin mövcud olduğu ölkələrdə “Azadlıq” radiosunun fəaliyyətinin önəmi vurğulandı. “Azadlıq”ın FM dalğalarında yayımının qarşısı neçə ildir alınır. Hökumət radioya maneəsiz yayım həyata keçirmək imkanı vermir. Radionun “Türksat” üzərindən yayımı da Azərbaycan tərəfdən edilən peyk hücumları ilə əngəllənir. Bütün bu məsələlər müzakirə olundu.Radionun prezidenti soyuq müharibədən sonra “Azadlıq”ın dalğalarının bu şəkildə vurulmasından təəccübləndiyini ifadə elədi. Bu məsələnin onlar üçün kifayət qədər önəmli olduğunu və problemin həlli üçün səylərini davam etdirəcəklərini bildirdi”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button