ArxivXəbər lentiXəbərlər

Türkiyədən Suriyaya dəstək; Ərdoğan “diktator” adlandırıldı – FOTO

Birlik.az-ın FaktXəbər-ə istinadən məlumatına görə, Türkiyədə Suriyaya dəstək aksiyası keçirilib. Aksiya Antakya şəhərinin Serinyol bölgəsində minlərlə sakinini iştirakı ilə baş tutub.

 Türkiyə mediasının yazdığına görə, aksiyada AKP hökumətinin Suriyada xalqa qarşı hər cür vəhşilik törədən təkfirçi terrorçulara dəstəyinə sərt şəkildə etiraz olunub.

 Müharibəyə Qarşı Həyat Haqqı Məclisinin açıqlamasında bildirilir ki, aksiyanın keçirilməsinə səbəblərdən biri də AKP-nin məzhəbçi müharibə siyasətinə və Serinyolda qeyri-rəsmi olaraq təlim keçdiyi terrorçu dəstələrə qarşı etirazdır.

 AKP-nin məzhəbçi müharibə siyasətinə qarşı şüar səsləndirən xalq kütlələri Suriyada region xalqlarını qətlə yetirən və Türkiyədə də başda cənub rayonlarındakı həmvətənləri təhdid edən terrorçu dəstələrə qarşı hər cür dəstəyin kəsilməsini tələb ediblər.

 Antakyanın Serinyol bölgəsindəli hərbi bölgədə terrorçuların qeyri-qanuni yollarla təlim görməsi və təchiz edilməsi proqramına qarşı etirazlarını səsləndirən xalq kütlələri, Suriyanın terrorizmə qarşı mübarizəsini dəstəkləyən və Suriya ilə həmrəyliklərini bildirən şüarlar söyləyiblər. Aksiya iştirakçıları əllərində Suriya prezidenti Bəşər Əsədin fotolarını daşıyaraq, Ərdoğanı “diktator” adlandırıblar.

 Xalq kütlələrini qarşısını almaq və dağıtmaq məqsədilə yollara barrikada quran polis, xalqın mitinq təkidi və siyasi şəxsiyyətlərin müdaxiləsindən sonra çəkilmək məcburiyyətində qalıb.

 Aksiyaya müxalifətdən siyasi partiya nümayəndələri və qeyri-hökumət təşkilatıarı ilə yanaşı, müstəqil millət vəkili namizədləri də iştirak edib. Antakyanın müxtəlif bölgələrindən əlavə Adana, Mersin və Tarsusdan da aksiyaya qatılanlar olub.

 Aksiyada çıxış edənlər Suriyada axıdılan günahsız qanlara AKP hökuməti və Ərdoğanın məsul olduğunu söyləyiblər.

Sosial şəbəkələrdə paylaş:

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button