Şeir

Ey könül, mehrini salma belə dünya evinə

Ey könül, mehrini salma belə dünya evinə
Ki, təmiz pak gedəsən qəbrə, müəmma evinə
Nəfsinə rəğbət edib çox ona üz göstərsən
O da şadlıqla çəkər bil səni rüsva evinə
Bə’zi insanları şeytan elə azdırmış ki
Od vuranlar da olub Həzrəti Zəhra evinə
Düşünən yoxdu Qiyamət günü gec- tez gələcək
Hərə bir üzlə gedər dəhrdən ifşa evinə
Sərvətin üstə yatıb fəxr eləmə, vaxt olacaq
Yastığın torpaq olar getsən o rö’ya evinə
Varsa dünyayə güman, dünya malın cəm eylə
Yoxdusa, meylini salma bu təmənna evinə
Axirət azuqəsin yığ, özünü pak saxla
Məhşəri fikr eləyən girməli təqva evinə
Unudub qəbr evini şadlıq edənlər görürəm
Sanki , toy- bayrama gəlmiş, nə ki qovğa evinə
Bu fəna mülkünə bax, qəflətən hər şey dəyişir
Ömrünə etmə vəfa, uyma bu xülya evinə.
Günahın varsa, Xuda rəhm eləyəndir Yusif
O aparmaz qarə üzlə səni üqba evinə.

 

 

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button