Şeir

Anam öyrətdi mənə

Ey dil ədabi-vəfanı Anam öyrətdi mənə
Rəhi-Təslimu Rizanı Anam öyrətdi mənə
Göz açandan dedi,hifz eylə üsuliddini.
Beşdi ərkanı məanı,anam öyrətdi mənə
Tohidu,Ədli,Nübuvvətdi,Imametdi,Məad,
Etiqadı füqəhani,Anam Öyrətdi mənə
Mən kiməm aşiq olam,qarə geyəm,sinə vuram?!
Bu gözəl xətti-nişanı,anam öyrətdi mənə
Anam əmr etdi öpəm mən atamın əllərini
Ədəbu-hücbu,həyanı anam öyrətdi mənə
Dedi naməhrəmi görcək başını sal aşağı
Eləmə çəşmə-çəranı,anam öyrətdi mənə
Aldı aguşə verib süd,dedi lay lay gecələr
Rahəti-ruhi-rəvanı,anam öyrətdi mənə
Rovzədə göz yaşını qatdı südə,verdi mənə
Hörməti şiri-bəhanı,anam öyrətdi mənə
Gər behişt istəsən,öp öz ananın məqdəmini
Rəmzi əvdadı-cinanı,anam öyrətdi mənə
Pak damən anaın oğlu gedər pak yola
Bu hədisi urəfanı,anam oyrətdi mənə
Su içən vaxtda dedi,Seyyidi-Ətşanə salam
Qisseyi Kərbubəlanı,anam öyrətdi mənə
Mən dedim canəm Hüseyncan,o dedi canəm ogul
Nami-Şahi-Şühədanı,anam öyrətdi mənə
Ananı mərifət əhli özünə qiblə bilər
Məniye Mərvə-Səfanı,anam öyrətdi mənə
Hürr yol kəsdi,vəli gəldi Hüseynin yoluna
Dedi Vallah bu vəfanı,anam öyrətdi mənə
Gər Hüseyndəndə soruşsan kim olub ustadın?
Deyəcək verməyə canı,anam öyrətdi mənə
Onda kı,getdi difa etdi Əli həqqindən
Hədəfi Şahi-Vilanı,anam öyrətdi mənə
Onda ki.batdı o mismar anamın sinəsinə
Xeymələr yanmagı anı,anam öyrətdi mənə
Mən Hüseynəm!Nə varım Həzrəti Zəhradandı
Şibeyi-Nitqi bəyanı,anam öyrətdi mənə
Onda ki,gül üzunə sili dəyib.düşdü ləkə
Macərayi üsəranı,anam öyrətdi mənə
Xeymələr yansa da qurbandı o yanmış qapıya
O zamandan,bu zamanı,anam öyrətdi mənə
Gəldi Zeynəb də o gün məqtələ əllər başda
Dedi,ahəngi-əzanı,anam öyrətdi mənə
Dur Hüseyn!Gözlərinin qanına Zeynəb qurban
Neynəvadə bu nəvanı,anam öyrətdi mənə
Şamı təfsir edib,asari yəzidi pozaram
Zikri yəbtəqnüləqanı,anam öyrətdi mənə
Ölməsəm şimridən allam soyulan köynəyivi
Qeyrəti Haşimiyani,anam öyrətdi mənə
Mən Hüseynəm ağaran tellərə qurbanəm ana
Mənə Köynək toxuyan,əllərə qurbanəm ana
o başindan açılan məcərə qurbanəm ana!

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button