Şeir

Azərbaycan adlı zəngin ölkədə, Siyasi meydanda nə çoxmuş gədə

Heyvanlar yumşalıb, insan bədləşib

Zalımlıq gül açıb, vicdan ətləşib
Bu yerdə Tanrim da fəlakətləşib
Çünki İblis durub, öncül cərgədə
Siyasi meydanda nə çoxmuş gədə

Haqlıya qazamat, haqsiza “qrev”
Dədəsi el satdı, oğlu yıxdı ev
Çaqqal yuvasinda Ramiz Mehdiyev
Qurdlar oylağına gələrkən hədə
Siyasi meydanda nə çoxmuş gədə

Bəyin dövrəsində yüz cür mırt açan
Təlxək saxlayacaq bəy nə vaxtacan?
Tərifdən yayxanıb, tənqiddən qaçan
Dişlərin qıcayib qalıb hikkədə…
Siyasi meydanda nə çoxmuş gədə

Məzlumun tikəsin yeyən talançı
Milləti oynadan kor balabançı
Qırx il nağıl deyən məhşur yalançı
Bir də baxıb gördük Heydər Məkkədə
Siyasi meydanda nə çoxmuş gədə

Pərdə arxasında artist dolaşdı
Səhnədə rinq qurub, guya dalaşdı
Dünənki “Yurdçu” da partiyalaşdı
Dəstəsi qızmarda, özü kölgədə
Siyasi meydanda nə çoxmuş gədə

Təzəpir seyfində urus papkası
Əbanın altında “şey karobkası”
Şeyxin kəlləsində çekist şapkası
Oğraş dirsəklənib yun mitəkkədə
Siyasi meydanda nə çoxmuş gədə

Gözləri gülümsər, saçları yatıq
Sözdə haylı-küylü, əməldə batiq
Siyasətçi deyil – Qatıqdır, qatıq…
Ayrana yaramaz bədbəxt bəlkə də
Siyasi meydanda nə çoxmuş gədə

Şairlər boylandı zülmət dəlikdən
Anar dəyyuslaşdı ta körpəlikdən
Zəlimxan beş aldı rəqqasəlikdən
Böyrəyi şəkk etdi çürük şəkkə də
Siyasi meydanda nə çoxmuş gədə

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button