Nardaran şəhidlərinin 40 günü münasibətilə anım mərasimi Əhər şəhərinin “Sahubul-Əmr (əc)” məscidində keçirildi.
Qafqaz Mədəniyyət Mərkəzi – Əhər şəhərinin əhalisi Nardaran şəhidlərinə anım mərasimi keçirərək onların xatirəsini yad ediblər. Mərasim Əhərin “Sahubul-Əmr (əc)” məscidində keçirilib. Dövlət idarə və qurumlarının məsulları, namazqılan möminlər və əhalinin müxtəlif qrupları bu tədbirdə iştirak edib.
Mərasimdə Əhərin imam cüməsi Ayətullah Cavad Hacızadə çıxış edib.