ArxivXəbər lentiXəbərlər

Tbilisidə “Qadınlara qarşı zorakılığa yox!” mövzusunda konfrans keçirilib

Tbilisidə “Qadınlara qarşı zorakılığa yox!” mövzusunda konfrans keçirilib.
 “Alul-beyt” Mədəniyyət Mərkəzindən Maide.az-a daxil olan məlumata görə, Tbilisidə yerləşən “Alul-beyt” Mədəniyyət Mərkəzinin zalında keçirilən konfransda Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycanın, İranın və Türkiyənin bu ölkədəki səfirliklərinin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının, dini icmaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransın moderatoru Qərbi Gürcüstan müftisinin müavini Adəm Şantadze bildirib ki, Bütün Gürüstan Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirin məqsədi qadınlara qarşı zorakılığın qarşısının alınması yollarını müzakirə etməkdir.
Vətəndaş Bərabərliyi üzrə Gürcüstan Dövlət Naziri Paata Zakareişvili, Gürcüstan müsəlmanları idarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan müsəlmanlarının müftisi Hacı Beqalar Kamaşidze, Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev, Dini məsələlərlə İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze, Kvemo Kartlinin yeni təyin olunmuş qubernatoru Paata Xizanişvili, “Əl-Mustafa” universitetinin Gürcüstandakı nümayəndəsi Davud Qəşəmi, Türkiyə Diyanət Başkanlığının nümayəndəsi Nebi Gümüş, Quranın Gürcü dilinə çevirəni Rezo Mikeladze, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva, Gürcüstan Azərbaycanlı Qadınlar Komitəsinin sədri Leyla Süleymanova, Elnarə Cəfərli və başqaları çıxış edərək mövzunun aktuallığından danışıb, son zamanlar ölkədə və dünyada qadınlara qarşı törədilən zorakılıq hallarının acı nəticələrindən bəhs ediblər.
Bildirilib ki, sosial bərabərlik cəmiyyətin inkişafını təmin edən əsas amildir. Gürcüstanda qadınlara qarşı zorakılıq hallarının artması ölkə ictimaiyyətini çox ciddi narahat edir.
Qeyd olunub ki, müxtəlif dinlər, eləcə də qadına müqəddəs məqam tanıyan İslam dini ona qarşı zorakılığı pisləyir. Xüsusən İslamda qadına kişilərlə bərabər ədalətli hüquq verilir. Bu gün dünyada qeyd olunan gender bərabərliyi məhz İslam dininin bizə miras qoyduğu əsas prinsiplərdən biridir. /

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button