AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Tanınmış azəri müğənni Azərbaycan hərbçilərinin şəhadəti günlərində Bakı telekanallarında rəqs və əyləncə verlişləri yayımlanmasını tənqid edib

Rəhim Şəhriyari Azərbaycan Respublikası telekanallarını tənqid edərək deyib: “Onlar hətta, öz əsgərlərinin şəhid olmasına da hörmət qoymadılar və onların şəhadəti günlərində rəqs və mahnı verlişlərini dayandırmadılar.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Azərbaycanın tanınmış müğənnisi Rəhim Şəhriyari öz şəxsi səhifəsində bəzi dırnaqarası millətçilərin mədəni və siyasi hadisələrlə üzləşdikdə ayrıseçkilik davranışlarına münasibət bildirib.

O, yazıb: “Azərbaycan Respublikası telekanalları bu ölkə sərhədində şəhid olmuş əsgərlərə hörmət əlaməti olaraq, habelə cavanların 8 illik müharibədə (Müqəddəs Müdafiədə) şəhid olmaları, matəm günlərində, qatar hadisəsində və digər hadisələrdə rəqs və mahnı verlişlərini bir gün də olsun, dayandırmadılar. Amma biz həmişə Qarabağ şəhidlərinə hörmətlə yanaşmışıq. Hətta ölkəmizin yüksək səviyyəli rəsmiləri Qarabağı müdafiə ediblər.”

Şəhriyar daha sonra yazıb: “Azərbaycan xalqı! Biz iranlıyıq və digər millətlərlə heç bir problemimiz yoxdur. Amma təbii ki, türkə, Azərbaycana, ana dilimizə və ölkəmizə qarşı təəssübkeşik. Təfriqə salanların səhifələrinin fitnəsinə uymayın. Hər kəs çox “mən türkəm, mən türkəm” desə, ona şübhə edin.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button