ArxivIslammədəniyyatNardaranSosialXəbər lentiXəbərlər

Tale Bağırzadəyə və digərlərinə təzminat ödəniləcək

 

Səmənd Məmmədov və digərləri Azərbaycan hökumətinə qarşı qərarı 7 şikayət üzrə elan edilib. Bu işdə ərizəçilər S.Məmmədov, Taleh Bağırov, İsmayıl Məmmədov, Eldəniz Hacıyev, Əflan Səmədov, Rəşad Ibrahimov və Elxan İsgəndərov olub.

Bu şikayətlər Azərbaycan Hökumətilə 2018-ci ildə kommunikasiya edilib. Hökumət ərizəçilərə qarşı məhkəməyə qədər həbs müddətinin uzun olmasını qəbul edib. Ərizəçilərə dəymiş ziyanı kompensasiya etməyə razı olan hökumət, təktərəfli bəyannamə təqdim edərək ərizələrin baxılacaq işlər siyahısından çıxarılmasını xahiş edib. Ərizəçilər bununla razılaşmasalar da AİHM bu ərizələr üzrə araşdırmanı davam etdirməyə lüzum olmadığı, şikayətlərin siyahıdan çıxarılmasının doğru olması qərarına gəlib. Qərara əsasən, hökumət ərizəçilərin hər birinə 3 000 avro ödəyəcək.

AİHM-in digər qərarı Qurban Məmmədov, Vaqif Musayev və Zakir Mustafayevin şikayətləri üzrədir. Onlar da məhkəməyə qədər həbsin qanunsuzluğundan şikayət ediblər.

 

AİHM bu işdə iddia olunan pozuntuları – Konvensiyanın 5.3 və 5.4-cü maddələrinin pozuntusunu tanıyıb.

 

Qərara əsasən, hökumət Qurban Məmmədova 3 min, Vaqif Musayev və Zakir Mustafayevin hər birinə isə 3500 avro təzminat ödəyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button