ArxivIslamXəbər lentiXəbərlər

Səudiyyə Ərəbistanı səfirliyi qarşısında etiraz aksiyası keçirilib – Saxlanılanlar var – Video

Hədəf14.az xəbər verir ki, bu gün xeyli sayda inanclı şəxs Səudiyyə Ərəbistanı səfirliyi qarşısında “Yəmənə azadlıq” adı altında etiraz aksiyası keçiriblər. Etirazçılar “Yəməndən əlini çək”, “Səud rejimi, qətliamlarına son qoy”, “məzlumları ağlatma” kimi şüarlar səsləndiriblər. Aksiya polis müdaxiləsi nəticəsində dağıdılıb. Nəticədə onarla dindar saxlanılıb. Saxlanılalar içərisində əməkdaşımız Xatun Etibarqızı da olub. Lakin sonradan o sərbəst buraxılıb. Digərləri isə ifadələri alınması üçün polis bölməsinə aparılıb. Artıq 4 saatdır ki, saxlanılanlardan heç bir məlumat yoxdur. Eyni zamanda etiraçılar içərisində ilahiyyatçı hacı Elçin Manafov da var. Əməkdaşımız İlahiyyatçının yaxınları ilə əlaqə saxlayıb. Onun yaxınları bildirib ki, artıq neçə saatdır ki, onlara da heç bir məlumat verilmir.

Qeyd edək ki, bu gün Səudiyyənin Yəmənə qarşı başlatdığı müharibənin üçüncü il dönümüdür. Adıçkilən rejim Yəmənin məzlum insanlarına qarşı ən dəhşətli cinayətləri törədir və onları həyat hüququndan məhrum buraxır.

Videogörüntülər yenilənəcək, bizi izləyin…

  

  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button