qafqaz.ir-in Vetenugrunda.az-a istinad verdiyi xəbərə görə, etirazçılar öldürülmüş, həbs olunmuş yaxınlarının şəkili olan köynəklər geyərək aksiyaya çıxıblar. Onlar baş vermiş cinayət hadisəsi ilə bağlı ədalətli ölçü götürülməsini, hərbçilərin işgəncə altında qətlə yetirilməsində iştirak edən Müdafiə Nazirliyi əməkdaşlarının layiqli cəzalandırılmasını, həbsdə olan hərbçilərin azadlığa buraxılmasını tələb ediblər.
Aksiyanı işıqlandıran zaman Hurriyyet.tv-nin əməkdaşı Vüsalə Nəciyeva və “Kanal 13” internet televiziyasının əməkdaşı Fərid İmran polis tərəfindən saxlanılıb. Jurnalistlər peşə fəaliyyətini yerinə yetirərkən, yəni sakinlərin aksiyasını çəkən zaman saxlanılıb.
Onlar post-patrul xidmətinin maşınında Bərdə rayon ərazisindən çıxarılaraq, Yevlax ərazisində sərbəst buraxılıblar.