ArxivXəbər lentiXəbərlər

Suriya BMT-dən İsrail rejiminə qarşı sanksiya tətbiq edilməsini tələb etdi

qafqaz.az-ın “Sana”-ya istinadən verdiyi xəbərə görə, Suriya Xarici İşlər nazirliyi BMT-nin baş katibi Pan Qi Muna və BMT-nin Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib.
Suriya BMT-dən məktub vasitəsilə İsrail rejiminin Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən beynəlxalq hava limanı ərazisinə endirdiyi raket zərbələrinə görə, sionist rejiminə qarşı sanksiyalar tətbiq edilməsini tələb edib.
Suriya hökuməti qeyd edib ki, İsrail rejimi özünün terrorçuluğa dəstək siyasətini gizlətmir. Bu səbəblə də, İsrail rejiminə qarşı sərt, önləyici tədbirlər görülməlidir.

Xatırladaq ki, dünən İsrail rejimi aviasiyası Suriyanın paytaxtı Dəməşqdə yerləşən beynəlxalq hava limanı ərazisinə və Dəməşqin qərbində yerləşən şəhərə raket
zərbələri endirib.Hava limanı ərazisində silah-sursat anbarının partladıldığı da bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button