ArxivIslamXəbər lentiXəbərlər

Rusiya və Ermənistanın XİN başçıları Qarabağ münaqişəsini müzakirə edib

Rusiya və Ermənistanın xarici işlər nazirləri – Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

 “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, görüş Slovakiyanın Vısoke- Tatrı şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası çərçivəsində baş tutub.

“Görüşdə Mnatsakanyan və Lavrov Ermənistan-Rusiya müttəfiqlik gündəliyində olan məsələləri, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər”, – Ermənistan XİN-in məlumatında deyilir.

Xarici işlər nazirləri həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesini nəzərdən keçiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button