Aktual

Azərbaycan R-nın İrandakı səfiri Germi şəhərinin millət vəkili ilə görüşüb

Azərbaycan Respublikasının İrandakı səfiri bu gün çərşənbə günü Germi şəhərinin İranın İslam Şurası Məclisindəki nümayəndəsi Mirqismət Musəvi-əsl ilə görüşüb, onunla müzakirə aparıb.

 Pana Xəbər Agentliyinin verdiyi məlumata görə Musəvi-əsl bu görüşün əvvəlində ölkələr arasındakı əlaqələrin genişləndirilməsində , parlament əlaqələrinin əhəmiyyəti  habelə dostluq qruplarının mühüm rollarına işarə edərək, deyib: İranla Azərbaycan Respublikası arasında çoxlu tarixi, mədəni və dini ortaqlıqlara görə, parlament dostluq qrupları çərçivəsində parlament əlaqələrinin gücləndirilməsi və millət vəkilləri arasında əlaqələrin artırılması iki tərəfi maraqlandıran məsələlər və mənafelərin təmin edilməsində gözə çarpacaq paya malikdir.

 Bu görüşün davamında Germi şəhərinin İslam Şurası Məclisindəki nümayəndəsi İranla Azərbaycan Respublikası arasında xüsusilə iki ölkənin sərhəd vilayətləri arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinin, günü-gündən artan iki ölkə arasındakı əməkdaşlıqların çiçəklənməsi prosesində təsirli amil olduğunu bildirib.

 Musəvi-əsl sonda İranla Azərbaycan Respublikası arasında əməkdaşlıqlardakı fürsətlər və maneələrə işarə edərək, mövcud maneələrin daha tez bir zamanda aradan qaldırılmasını vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button