ArxivXəbər lentiXəbərlər

Peyğəmbərin (s) vəfatı, imam Həsənin (ə) şəhadət günüdür

Rəsul Əkrəmin (s) vaxtsız vəfatı və övladı İmam Həsən Müctəbanın (ə) şəhadəti münasibətilə başda İmam Zaman Ağaya (ə.f) sonra bütün müsəlmanlara dərin hüznlə baş sağlığı veririk

Bu gün dekabr ayının 21-i Səfər ayının 28-i əziz İslam Peyğəmbərinin (s) və İmam Həsənin (ə) şəhadəti günüdür.

Məhəmməd peyğəmbər (s) ömrünün başa çatmaq üzrə olduğunu bilir və bu barədə müsəlmanları dönə-dönə xəbərdar edirdi. Peyğəmbərin məqsədi bu idi ki, onun ölümü ümməti qəfil haqlamasın. Vida həcci zamanı nazil olmuş “Maidə” surəsinin 67-ci ayəsi (“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!”) artıq o həzrətin peyğəmbərlik missiyasının başa çatmaq üzrə olduğunu xəbər verirdi. Vəfatından təqribən 80 gün əvvəl, vida həcci zamanı, Qədir-Xum vadisində 100 min müsəlmanın qarşısında Peyğəmbər (s) tezliklə vəfat edəcəyini söylədi və ən mühüm vəsiyyətini xatırlatdı: “Sizə iki ağır əmanəti miras qoyuram: Quran və Əhli-beyt”. Məhəmməd Peyğəmbər (s) hicrətin 11-ci ili səfər ayının 28-də, bazar ertəsi günorta vaxtı dünyasını dəyişib.

Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həsən (ə) hicri 50-ci ildə, Müaviyənin təhriki ilə həyat yoldaşı Cüdə tərəfindən zəhərlənərək şəhadətə yetişib.

Rəsul Əkrəmin (s) vaxtsız vəfatı və övladı İmam Həsən Müctəbanın (ə) şəhadəti münasibətilə başda İmam Zaman Ağaya (ə.f) sonra bütün müsəlmanlara dərin hüznlə baş sağlığı verir, ümmətin imanlı kəslərinin çoxalmasını arzulayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button