ArxivIslamtahlil va magaleXəbər lentiXəbərlər

Ölüdən qüsul-kəfənin saqit olmasını dövlət müəyyənləşdirirsə, onda QMİ nəyə lazımdır?

QMİ rəsmisi Hacı Surxay deyir ki, tanınmış din alimləri qərar verib ki, dövlətin çıxardığı qərarlara riayət eləmək lazımdır. Sonra deyir ki, dövlət bir qərar veribsə din bunda acizdir. Hacı Surxaydan soruşmaq lazımdır ki, o qərarı hansı din alimləri çıxarıb, zəhmət olmasa ad çəkəsiniz, camaat da gedib araşdırsın.

Düzdür, zatən saray mollalarından ibarət olan QMİ-ə heç kim etina etmir, Hacı Surxay yox, bütün QMİ bir ağızdan, yekdilliklə danışsa deyəcəklər ki, yenə yuxarıdan bunlara əmr gəlib.
Hacı Surxaya diqqətlə qulaq asanda görürsən ki, özü də söhbəti qarışdırıb. Sözün əvvəlində başlayıb deyir ki, tanınmış din alimləri yekdil rəylə dövlətə müti olmağa çağırır, söhbətin sonrasında deyir ki, dövlət bir qərar çıxarıbsa din bunda acizdir. Fərz eləsək ki, doğrudan da din alimləri dövlətə müti olmağı buyurublar, bu yenə də dinin acizliyi sayılmır, sözünüzdən belə çıxır ki, elə din (alimi) dövlətin sözünə baxmağı əmr edir. (Əlbəttə QMİ-nin məntiqinə görə) İkincisi deyir ki, dövlət qüsul-kəfən, namaz qılmaq işlərində sən demə “islahatlar” aparıb və din xadimləri də buna riayət etməlidir. Başa düşmədim, dövlət əgər din işlərinə də başını soxacaqsa onda QMİ nəyə lazımdır, ləğv eləyək getsin də.
Hacı Surxay demir ki, o hansı alimlər deyir ki, belə hallarda qüsul-kəfənin, namazın saqit olmasını buyurur. Bizim bildiyimizə görə hansısa bir təqlid mərcəsi belə bir fikir bildirməyib. Əgər bildiribsə də ki, bu daha dövlət qərarı sayılmır. Dövlət kimdir ki, belə işlərə müdaxilə eləsin. Dövlət gedib vergisini yığsın, dini işlərə qarışmasın.
Görün QMİ nə günlərə qalıb ki, cəmisi ildə iki dəfə – Məhərrəm və Ramazan (Fitr) bayramına görə “fətva” verirdi, bir də dünyadan gedən insanların qüsul-kəfən işlərinə baxırdı (bundan başqa heç bir fəaliyyətləri demək olar ki, yoxdur) ona da dövlət axır burnunu soxmaq qərarına gəlib.
Heç olmasa çıxıb deyərdiniz ki, dövlət dinlə (QMİ) məsləhətləşib belə qərara gəlib. Çətin deyildi ki, dövlət QMİ-ə, QMİ də təqlid mərcələrinə müraciət etsin.
Sonra deyir ki, əgər qüsul vermək şübhəlidirsə və dövlət qərar verirsə ki, qüsul verilməməlidir, din bunda acizdir. Dövlət mütəxəssis həkimlər vasitəsiylə bu qərara gələ bilər ki, ölüyə yaxınlaşılsa filan fəsadlar ortaya çıxacaq. Sonra dövlət bu məsələni təqlid mərcəsinə çatdırmalıdır. Qüsul, kəfən, namaz kimi şəri bir məsələyə dəxalət edə bilməz. Dövlət uzaqbaşı
belə qərar verə bilər ki, ölünü yumayın. Amma şəri məsələlərə görə QMİ yox, təqlid mərcələrinə müraciət olunur.
Çox təəccüblüdür, onsuz da ölkəmizdə QMİ-nin sayəsində islam deyərkən ağla haqq tələb etmək, zülmə etiraz, ədaləttələblik gəlmir, din, islam deyərkən ağla nəzir qutuları, yas palatkalarında yasin oxumaq, ölünü yuyub-kəfənləmək gəlir, indi də durub qüsül-kəfən işinə qarışırlar. Ehtiyatlı olmaq lazımdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button