ArxivNardaranXəbər lentiXəbərlər

Nardaran sakinləri: “Zibil maşınında gəldilər, 4 nəfəri öldürdülər”

Nardarandakı “İmam Hüseyn” meydanında qəsəbədə keçirilən əməliyyata etiraz edən sakinlər Azadlıq radiosuna bildiriblər ki, bildirirlər ki, polis bir neçə aydır rəhmətə gedən Hacı Heybət adlı sakinin evinə basqın edib.

Sakinlərin sözlərinə görə, qarşıdurmada 4 yerli sakin həlak olub.
Atışma şahidi bunu deyərək əlavə edir ki, onun özü kənddəki dindarlardan birinin evində namaz qılırmışlar.
Bu zaman bayırdan atışma səsələri gəlib:
“Xidməti maşında olsaydılar, kənd camaatı heç girməyə qoymazdı. Zibil, mebel maşınında gəliblər. Biz içəridə namaz qılırdıq. Bayırdan gələn güllə səslərinə çıxdıq. Onlar sağa-sola avtomatdan atəş açmağa başladılar. Biz içəriyə girdik. Onlar da ata-ata içəri girdilər. Nalayiq ifadələr işlədərək bizi “dubinka” ilə vurmağa başladılar.
Hacı Talehi qoruyurduq ki, ona toxunmasınlar. Kənd cammatı toplaşmağa başlamışdı. Bundan qorxuya düşdülər. Zor tətbiq edərək Hacı Talehi aldılar və arxaya atəş ata-ata gəldikləri maşınlara doluşub getdilər. 4 nəfər öldü, 15 yaralı oldu. 20-yə yaxın adamı da apardılar özləri ilə”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button