AktualAktualArxivFatimi yaşayişIslamNardaranXəbər lentiXəbərlər

“Nardaran İslami Müqavimət Simvolu” beynəlxalq konfrans keçirildi

 

Təbriz Dövlət Universiteti elmi heyətinin üzvü Məhəmməd Nəzəri “Nardaran – İslami Müqavimət Simvolu” konfransında İslam dünyası elmi toplumunu Nardaran faciəsi üzərində işləməyə dəvət edib.

İslam Dünyası Tələbələri Qurumları İttifaqının Beynəlxalq Şöbəsinin sədri Höccətülislam Müin Rəziyi Azərbaycan Respublikasının sionist rejimlə müamilə həcminin 3 dəfə artmasını Azərbaycan və İran şiələri üçün təhlükə siqnalı adlandırıb.

Qafqaz Həqiqətləri xəbər verir ki, İslam Dünyası Tələbələri Qurumları İttifaqının Beynəlxalq Şöbəsinin təşkilatçılığı ilə Tehranın Şəhid Behişti adına Tibb universitetində keçirilən “Nardaran – Azərbaycan Respublikasında İslam Müqaviməti Simvolu” beynəlxalq konfransında Təbriz Dövlət Universiteti elmi heyətinin üzvü höccətül-islam Məhəmməd Nəzəri deyib: “Sionist rejim və Amerika yeni Yaxın Şərq yaratmaq niyyətinin ardınca bir sıra ölkələrdə iğtişaşlar yaratdılar, lakin sonda bu istəklərinə nail ola bilmədilər.

Amerika Yaxın Şərqdə yeni Yaxın Şərq bayrağını liberal-demokratların əlinə vermişdir.”

Təbriz Universitetinin elmi heyətinin üzvü deyib: “İŞİD İraqda bir günün içində 1700 nəfər tələbəni qətlə yetirdi. Bu hadisə göstərir ki, düşmənin İslam ölkələrin elit kəsimi üçün düşüncə otaqları və proqramları vardır.”

Natiq əlavə edib: “Dünyada üç inqilab baş vermişdir: əkinçilik, sənətkarlıq və elektronik. Sonuncu inqilab Amerikanın əlindədir və media vasitələrindən faydalanmaqla bir çox ölkələr üzərində fikir hakimliyinə nail olmuşdur.

Amerikada hakimiyyətə gələn dövlətlər və başçılar dünyaya hakimlik siyasəti üzərində yekdil fikirdədirlər.”

Hövzə və universitet ustadı çıxışının davamında indiki əsrdə media və jurnalistlərin fəaliyyətinin çox əhəmiyyət daşıdığını, bir junalistin müqavimət cəbhəsində iştirakını bir əsgərin iştirakından daha dəyərli sayıb.

O, daha sonra deyib: “SSRİ dövründə dövlət Nardaranda 80-dan çox ruhanini dənizdə qərq etdi, 300 nəfər ruhani qətlam edildi, 120 məscid yandırıldı, quyular insanların cəsədləri ilə doldu. Çox təəssüf olsun ki, İslam dünyası bu cinayətləri unutmuşdur.”

  1. Nəzəri deyib: “İslam dünyasının elmi mərkəzləri Nardaran faciəsi üzərində işləməlidir.

Nardaran şəhidlərinin hörməti qorunmalıdır.”

Beynəlxalq məsələlər üzrə təhlilçi Azərbaycan Respublikasında ötən illərdə olan vəziyyətə toxunaraq deyib ki, bir neçə il bundan əvvəl bu ölkədə azan səsləndirilməsinə və uşaqlara dini ad qoymaq icazə verilmirdi. Hal-hazırda bu problemlər azalmışdır. Baxmayaraq ki, körpələrə dini adların qoyulmasında hələ də bəzi probelm və maneəçiliklər mövcuddur. Halbuki, bəhailər bu ölkədə çox asanlıqla və azadcasına fəaliyyət göstərirlər.

Sionist rejim Azərbaycan Respbulikasında nüfuz sahibi olmaq üçün bu ölkədə yaşayan yəhudilərdən vasitə kimi istifadə edirlər, məntəqədə İran təhdidi məsələsini qabardırlar, regionda “İsrail” adına qarşı nifrəti azaltmağa səy edirlər.

İran, Suriya və Azərbaycan üçbucağı regionda sionist rejimin irəliləməsinin qarşısını alır. Ona görə də Amerika bu ölkələrə qarşı nəhs planlar nəzərdə tutmuşdur.

Konfransda İslam Dünyası Tələbələri Qurumları İttifaqının Beynəlxalq Şöbəsinin sədri Müin Rəziyi də çıxış edərək deyib: “İslam İnqilabının Böyük Rəhbəri dəfələrlə vurğulamışdır ki, Amerika və dünya imperializmi ilə mübarizə aparmaq üçün dünya tələbələrinin cəbhəsi yaranmalıdır.

İmperializm əleyhinə mübarizə dini vəzifədir və tələbələr bu yolda hərəkət etməlidir. Biz İslam ölkələrində yaşayan müsəlman bacı-qardaşlarımızın vəziyyətindən xəbərdar olmalı, onlarla əməkdaşlıq etməklə müqavimət cəbhəsini gücləndirməliyik.”

  1. Rəziyi elm və səhiyyə nazirliklərinin siyasi mövzulara aid toplantıların keçirilməsi ilə müxalif olmalarına işarə edərək deyib: “Tələbələr bir-birləri ilə əməkdaşlıq etməklə ideal dialoqa, yəni sionist rejimin məhv olmasına nail olmalıdır.”

Nardaran hadisəsinə toxunan M. Rəziyi deyib: “Nardaran şəhidləri Azərbaycan Respublikasında sionist rejimlə müxalifət edirdilər və bu yolda şəhid oldular.”

İslam Dünyası Tələbələri Qurumları İttifaqının Beynəlxalq Şöbəsinin sədri əlavə edib: “Azərbaycan Respublikasında əhali üçün yaşayış çətinləşmişdir və bu ölkə şiələri dövlət adamlarının zülmü altındadır.”

Sionist rejimin Azərbaycan Respublikasında nüfuzuna işarə edərək deyib: “Azərbaycan ölkəsinin sionist rejimlə ticarət mübadiləsi həcmi ötən bir ildə 3 dəfə artmışdır. Bu özü İran və Azərbaycan Respublikası şiələri üçün təhlükə siqnalıdır.

Sionist rejim məntəqədə iştirak etmək üçün sərmayə qoyur.”

  1. Rəziyi sonda Nardaran şəhidlərinin xatirəsini əbədiləşdirməyi tələbələrin vəzifəsi adlandırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button