AktualAktualArxivNardaranQarabağXəbər lentiXəbərlər

Müsəlman Birliyi Hərəkatının sədri: Cəbhə xəttində qanımızın son damlası ilə vuruşmağa hazırıq

Tale Bağerzadə: İşğal olunmuş ərazilərimizi ermənilərdən azad etmək üçün cəbhə xəttində qanımızın son damlası ilə vuruşmağa hazırıq.

Qafqaz Həqiqəti Xəbər Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Müsəlman Birliyinin həbsdə olan lideri Hacı Tale Baqerzadə Tuvoz bölgəsindəki sərhəd hərəkətləri və Ermənistan ordusunun Azəri qüvvələrinə hücumu haqqında bunları söylədi: Ötən gün torpaqlarımızda düşmənin törətdiyi təxribat hər bir azərbaycanlıda nifrət və qəzəb hissini coşdurdu.

Dörd əsgərimiz şəhid oldu. Biz, bu fürsəti əldən vermədən düşmənin törətdiyi təxribata görə dərhal cəzalandırmalıyıq.

Bunun üçün işğal olunmuş ərazilərimizdə ordumuza qarşı hücuma keçən düşməni məhv edərək torpaqlarımızı geri qaytarmalıyq. Düşmənin atdığı addım yetərli səbəbdir ki, ordumuz bu vəziyyəti fürsətə çevirsin. Heç şübhəsiz ki, xalq həmişə olduğu kimi öz ordusunun yanında və ona dəstək olacaq. Biz də Müsəlman Birliyi Hərəkatı olaraq ön cəbhədə mübarizə aparmağa, son damla qanımıza qədər vuruşmağa hazır olduğumuzu bir daha bəyan edir, bunu özümüzə müqəddəs vəzifə bilirik. Cismimizlə bərabər mənəvi dəstəyimiz, dualarımız, savaş ruhumuz daim şücaətli cəsur əsgər və zabitlərimizlədir.

Allah böyükdür, vətən sağ olsun!

Tale Bağırzadə

Müsəlman Birliyi Hərəkatının sədri

Qobustan həbsxanası

13 iyul, 2020-ci il.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button