Xəbərlər

Vəkillər gey-parad rüsvayçllığına etirazlara görə həbs olunmuş dindara bəraət istəyiblər

Vəkillər Avroviziya və gey-parad rüsvayçllığına etirazlara görə həbs olunmuş dindar jurnalist Nicat Əliyev və təqsirləndirilən daha 9 nəfərə bəraət istəyiblər.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bildirilib ki, prosesin davamı 28 noyabrda olacaq.

Təqsirləndirilən dindarlar Avroviziya və gey-parad rüsvayçllığına etiraza görə narkotik vasitə saxlama; müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materialları yayma; hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar; milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması kimi hərəkətlərdə ittiham olunurlar!!

Oktyabrın 31-də dövlət ittihamçısı Nicat Əliyev, Elvin Nəsirov və Ceyhun Səfərliyə 10 il, Qorxmaz Camalov, Samin Hüseynov və Valeh Abdullayevə 9 il, Əlimxan Hüseynova 7 il, Emin Tofiqli və Əli Əliyevə 6 il, Səfər Məmmədova isə 5 il həbs cəzasının verilməsini istəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button