Xəbərlər

Xəzər İşçi Qrupunun Moskva iclası bir bəyanat yayaraq öz işini başa vurdu

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun Moskvada keçirilən növbəti iclası bir bəyanat yayaraq, öz işini başa vurub.

İranın xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini İbrahim Rəhimpur Xəzəryanı ölkələrin ali heyətlərinin iştirakı ilə keçirilən işçi qrupu iclasının sonunda deyib: Xəzərin ətrafında yerləşən 5 qonşu ölkə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində qalan məsələlər barəsində iki gün davam edən müzakirə və fikir mübadilələrinin ardınca, yekun anlaşmanın əldə olunmasına kimi əməkdaşlıqların davam etdirilməsi barədə razılığa gəliblər.
İbrahim Rəhimpur əlavə edib: Xəzərin hüquqi statusu ilə bağlı mətnin 90%-i razılaşdırılıb və Moskva iclasında daha önəmli olan digər mövzular araşdırılıb.
İranın xarici işlər nazirinin müavini Moskva iclasında gələn ilin ikinci yarısında Rusiyanın Həştərxan şəhərində keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin 4-cü sammitinin yekun bəyanatının ilkin mətninin araşdırıldığından da xəbər verərək, deyib: Xəzər dənizi həm hərbi-təhlükəsizlik, ekoloji, gəmiçilik, həm də Xəzərin dibi və dibaltı məsələləri baxımından böyük önəm kəsb edir ki, indiyə kimi bu barədə anlaşma əldə olunmayıb.
Rəhimpur həmçinin, Rusiya xarici işlər nazirinin regiondan kənar ölkələrin öz mövqelərini Xəzəryanı ölkələrə qəbul etdirməkdən çəkinmələri barədəki çıxışına işarə edərək, deyib: Bütün Xəzəryanı ölkələr xüsusilə İran və Rusiya 5 sahilyanı ölkə arasında razılaşdırılmamış qaydada regiondan kənar tərəflərin Xəzərdəki iştirakı ilə müxalifdirlər.
Xəzər İşçi Qrupunun Moskva iclasında İran, Rusiya, Azərbaycan Respublikası, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri müavinləri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi o cümlədən kartoqrafik xəritələr və Xəzərdə başlanğıc xəttin təyin edilməsi habelə, Xəzəryanı ölkələrin 4-cü sammitinin yekun bəyanatı barədə fikir mübadilələri aparıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button