Xəbərlər

MTN, məhbus jurnalisti həyatdan bezdirmək istəyir

Azərbaycan Respublikasında 9 oktiyabr prezident seçkisi ərəfəsində həbs olunaraq MTN-nin İstintaq Təcridxanasında saxlanılan jurnalist, hüquq müdafiəsiçi Pərviz Həşimli aclıq aksiyasına başlayır.

Vəkil Elçin Sadıqov deyib : “Pərviz Həşimli bildirib ki, onun MTN-də belə şəraitdə saxlanılması faktiki olaraq işgəncədir, qeyri-insani və insan ləyaqətini alçaldan rəftardır. Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Onun sağlamlığına qəsd edirlər. Həyatına olan təhlükədən qorxduğu üçün yeməkləri də yeyə bilmir. Özünü çox halsız hiss edirdi. Bildirdi ki, sabah istintaq təcridxanasının rəisinə məktub yazıb gələn həftənin birinci günündən aclıq aksiyasına başlayacaq. Tələbi isə ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi və müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılması, dövlət orqanlarına və məhkəmələrə özünün yazdığı şikayətlərinin göndərilməsidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button