ArxivXəbər lentiXəbərlər

MMDİB Qüds günü konfransı keçirdi, müsabiqənin qalibləri mükafatlandırıldı (Foto)

 bu gün “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin təşkilatçılığı ilə Qüds günü ilə əlaqədar konfrans keçirilib
Konfransın aparıcılığını “Azad Qarabağ Uğrunda İslami Müqavimət” hərəkatının rəhbəri Rövşən Əhmədli edib. Konfransda iştirak edən ilahiyyatçılar Hacı Zülfüqar Mikayılzadə, Seyid Şəhadət Heydərov, Hacı Tale Abasov, Hacı Surac və jurnalist Əbəlfəz Bünyadov Qüds günü və zülmlə mübarizə aparılmasının metodları mövzusunda çıxış ediblər. Çıxışların təfərruatı ilə təqdim edəcəyimiz (daha sonra) videoda tanış ola bilərsiniz.   Tədbirin ikinci hissəsi öncədən başladılmış müsabiqə ilə bağlı olub. Tədbirdə məqalə müsabiqəsinin qalibləri elan olunub. Münsiflər heyətində Hacı Rövşən Əhmədli, Hacı Zülfüqar Mikayılzadə, Seyid Şəhadət Heydərov, Hacı Tale Abasov, Əbəlfəz Bünyadov və Ramin Bayramovun adları var. Müsabiqənin şərtlərinə uyğun olan 16 yazının dəyərləndirilməsi 5 ballıq sistemlə olub. Sistemə əsasən müsabiqənin qalibi yazar Kamal Yaşar olub. Yarışmada iştirak edən Rövşən Məmmədlinin məqaləsi isə ikinci yerdə qərarlaşıb. Üçüncü qalib Anar Fəttayev, dördüncü yerin qalibi isə Vüsal Nadiroğludur. Müsabiqədə iştirak edən yazılar İslamazeri.az-da yayımlanacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button