Aktual

çərşənbə günü (9 oktyabr) Az. R-da prezident seçkiləri keçiriləcək

Sabah çərşənbə günü (9 oktyabr) Az. R-da prezident seçkiləri keçiriləcək. Seçicilər 10 namizəddən birini prezident təyin etməlidirlər.

Xəbər qaynaqlarının məlumatına görə Az. R. Mərkəzi Seçki Komissiyası tərəfindən yayılan bəyanata əsasən əhalisi 9 milyon 400 min nəfərə çatın bu ölkə vətəndaşlarının 4 milyon 986 nəfəri seçki hüququna malikdir.Mərkəzi Komissiyası (MSK) tərəfindən yayılan bəyanatın davamında qeyd olunub: 7-ci prezident seçkilərində ölkənin daxili müşahidəçilərindən savayı MDB və Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrdən də seçkilərə müşahidəçilər nəzarət edəcəklər.
Bu əsnada Qərbin Az. R. prezident seçkiləri prosesini ciddi şəkildə tənqid etməsi Bakı mediasında böyük rezonans doğurub.
Bakıda çıxan Azadlıq qəzeti bir məqalədə yazıb: Avropa Birliyi Xarici Siyasət İdarəsinin Koordinatoru Katrin Ştonun Az. R-da seçkilərdən öncəki atmosferin qeyri-demokratik olması ilə bağlı yaydığı bəyanatın ardıca ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf də Az. R-da Az. R-da dövlət siyasətlərini tənqid edənlərə divan tutulmasından nigaranlıq keçirdiyini bəyan edərək bu ölkədə 7-ci prezident seçkilərinin şəffaf və demokratik şəkildə keçiriləcəyini arzulayıb.
Az. R-da seçki namizədlərinin təşviqatına bu gün səhər çağı (8 oktyabr) saat 8 radələrində qadağa qoyulub.
Az. R-nin dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının namizədi olaraq növbəti prezident seçkilərinin namizədi kimi iştirak edib.
Az. R-nın Sovet İttifaqından istiqlaliyyət qazanmasından bəri bu ölkədə ilk dəfə olaraq cari seçkilərdə namizədlər üçün 10 teledebat nəzərdə tutulmuşdur.
Ümumilikdə təşkil edilən bu teledebatlarda Milli Şuranın namizədi Cəmil Həsənlinin Az. R-nin dövlət başçısı İlham Əliyevə qarşı irəli sürdüyü sözləri reaksiyalara səbəb oldu. Belə ki bu məsələ İlham Əliyev namizədi ilə onun arasında söz atışmasına zəmin yaratdı və bu teledebatlarda, 7-ci prezident seçkilərinin digər namizədləri o cümlədən dövlətin parlamentdəki tərəfdar nümayəndəsi Yeni-Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Sosial-demokratik partiyanın sədri Araz Əlizadə Cəmil Həsənlinin anti-dövlət mövqeyinə kəskin tərzdə reaksiya verdilər.
Həsənli bu debatlarda dəfələrlə etdiyi çıxışında İlham Əliyevi Qarabağ münaqişəsinin həllində zəif mövqe tutmaqda eləcə də onu korrupsiyada günahlandırmağa cəhd göstərdi. Lakin onun fikirlərinə tənqidi yanaşanlar, Cəmil Həsənlini xarici dövlətlərdən asılı olmaqda günahlandırdılar.
Seçki namizədlərindən bir neçə nəfəri də o cümlədən Ədalət Partiyasının sədri İlyas İsmayılov , Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu və Ümid partiyasının sədri İqbal Ağazadə bu vəziyyətdən istifadə edərək öz platformlarını şərh etdilər.

 

Bu gün Azərbaycanda sükut günüdür

Ölkədə prezident seçkilərinə bir güdən də az vaxt qaldı. Ölkədə sükut günüdür. Bu gün səhər saat 8-də seçki qabağı təşviqat kampaniyası sona çatıb.10 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Sabah, səhər saat 8-dən etibarən Azərbaycanda olan 5 mindən artıq seçki məntəqəsində 5 milyona yaxın seçicinin üzünə açılacaq. Səsvermə axşam saat 7-ə qədər davam edəcək. Seçkilərdə şəffaflığı təmin etmək üçün məntəqələrin təxminən 20 faizi yəni 1000 məntəqə veb kameralarla təmin edilib. Seçki prosesini izləmək üçün 50 mindən çox şəxs yerli müşahidəçi qismində mərkəzi seçki komissiyasına müraciət edib. Beynəlxalq müşahidəçilər və xarici jurnalistlər artıq akreditasiyadan keçib. Seçkiləri, ümumilikdə, 1276 beynəlxalq müşahidəçi izləyəcək. Müşahidəçilər 49 beynəlxalq təşkilatı və 99 ölkəni təmsil edir. ATƏT-in demokratik təsisatlar və insan hüquqları bürosunun 270 qısa müddətli müşahidəçisi səsvermə posesini izləyəcək. Bu müşahidəçilər ölkənin bütün rayonlarındakı seçki məntəqələrində çalışacaqlar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun sözçüsü Tomas Raymer: “Bizim istədiyimiz coğrafi cəhətdən seçkiləri tam ətraflı şəkildə işıqlandırmaqdır. Bizim məqsədimiz bütün ölkə üzv səsvermə prosesi barədə məlumat əldə etməkdir. Mən fikirləşirəm ki, müşahidəçilər bütün ölkə üzrə 700-800 seçki məntəqəsinə nəzarət edəcəklər. Biz bütün Azərbaycan ərazisi boyunca prosesi tam işıqlandırmağa çalışacağıq. Müşahidəçilər seçki günü məntəqələrin açılışı ilə bağlı bütün prosedurlara nəzarət edəcək, yəni məntəqələr qaydalara uyğun açılırmı, bu qaydalar ATƏT öhdəliklərinə və beynəlxalq standartlara uyğundurmu? Daha sonra onlar səsvermənin necə aparıldığını müşahdə etmək üçün gün ərzində müxtəlif seçki məntəqələrinə gedəcəklər. Daha sonra onlar seçki məntəqələrinin bağlanması prosesini izləyəcəklər. Biz müşahidələrimizin sonu ilə bağlı oktyabrın 10-da mətbuata açıqlama verəcəyik”.

Sabah seçkilərlə əlaqədar olaraq qeyri iş günü olacaq.

 

Azərbaycanlı zəvvarların seçkidə iştirakına icazə verildi

Səfir Rasim Rzayevin Səudiyyə Ərəbistanı tərəfilə apardığı danışıqlar nəticəsində səsvermənin keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu il Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların prezident seçkilərində iştirakına icazə verildi. Ölkəmizin Səudiyyə Ərəbistandakı səfiri Rasim Rzayevin Səudiyyə Ərəbistanı tərəfilə apardığı danışıqlar nəticəsində səsvermənin keçirilməsi ilə bağlı razılıq əldə olunub. 3600 azərbaycanlı zəvvar Məkkədə səs verəcək. Səfirin verdiyi məlumata görə, o, özü də indi Məkkədədir. Bununla da, Məkkədə ilk dəfədir ki, Həcc ziyarəti zamanı səsvermə keçirilir. Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiirləcək. Bu post uğrunda 10 namizəd mübarizə aparacaq. Prezidentlik uğrunda mübarizə aparan namizədlərin bu gün son təşviqat günüdür. Seçki bülletenlərinin dairələrdən məntəqələrə paylanması prosesi artıq bu gün başa çatır.

 

Xarici jurnalistlərə seçki qadağası

Hakimiyyəti tənqid etmiş əcnəbi media nümayəndələrinin Bakıya səfərinə imkan verilməyib.
Azərbaycan hakimiyyəti haqda tənqidi materiallar hazırlamış xarici media orqanlarının əməkdaşlarının Azərbaycanda seçki prosesini izləməsinə imkan verilməyib. Bu qadağa xüsusən son illərdə Azərbaycan hökumətini daha çox tənqid etmiş alman jurnalistlərə tətbiq olunub.
Əldə etdiyimiz məlumata görə, alman jurnalistlərdən bir neçəsinə Azərbaycana gəlib seçki prosesini izləməyə icazə verilməyib. Bildirilir ki, məsələn, onlardan birinə Dağlıq Qarabağda olması səbəb kimi göstərilərək, ona viza verməkdən imtina olunub. Halbuki, həmin jurnalist ötən il “Eurovision” musiqi yarışması keçirilərkən Bakıya gəlmişdi. Özü də həmin vaxt səfər vizası almaq üçün sənədlərini təqdim edəndə Dağlıq Qarabağda olduğunu da gizlətməyib, bunu yazılı şəkildə göstərib. Buna baxmayaraq, ona viza verilib. Məsələ burasındadır ki, Azərbaycandan qayıdandan sonra həmin jurnalist Bakıya səfərindən sonra Azərbaycan hakimiyyətinin korrupsiyaya bulaşdığı, bu ölkədə insan hüquq və azadlıqlarının pozulduğu haqda məqalə hazırlayıb. Görünür, elə həmin məqalə də onun növbəti dəfə Bakıya yolunu bağlayıb.
Azərbaycanda insan hüquqları və demokratiyanın acınacaqlı durumu haqda material hazırlamış alman telekanalının əməkdaşının da Azərbaycana gəlib seçkini izləməsinə imkan verilməyib. Əldə etdiyimiz xəbərə görə, jurnalist Azərbaycan Xarici Işlər Nazirliyinə müraciət edib. Nazirlikdən cavab olaraq, həmin telekanalın indiyədək Azərbaycan haqda hazırladığı materialların göndərilməsini tələb ediblər. Təbii ki, alman jurnalist bu qanunsuz tələblə razılaşmayıb. Belə olan halda, Xarici Işlər Nazirliyi süründürməçiliyə əl atıb. Jurnalistə bildirilib ki, məsələ yaxın günlərdə həllini tapacaq. Son vaxtlar jurnalistlə nazirlik arasında bir neçə dəfə danışıqlar olub. Dünən alman jurnalist yenidən Azərbaycan Xarici Işlər Nazirliyilə əlaqə saxlayıb. Dəfələrlə zənglərə baxmayaraq, ona ümumiyyətlə, cavab verilməyib. Sözdə birbaşa deyilməsə də, faktiki bu jurnalistin də Azərbaycana gəlişinə imkan verilməyib.

 

Azərbaycanda polis səfərbər edildi

Bu gündən etibarən Daxili İşlər Nazirliyinin (DİN) qüvvələri gücləndirilmiş iş rejiminə keçib. Modern.az-ın məlumatına görə, seçkiyə bir gün qalmış paytaxt Bakı da daxil olmaqla ölkənin bütün rayon və şəhərlərində polis qüvvələri səfərbər edilib.

Seçkiöncəsi paytaxtda asayişin qorunması üçün post-patrul xidməti naryadlarının sayı artırılıb. Hazırda paytaxt küçələrində, insanların aktiv olduğu yerlərdə polis əməkdaşlarına addımbaşı rast gəlmək mümkündür. DİN əməkdaşları seçkilərə görə, oktyabrın 13-dək gücləndirilmiş rejimdə çalışacaq.

Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədovun bildirdiyinə görə, polis əməkdaşları öz xidməti vəzifələrini seçki məntəqəsindən ən azı 100 metr aralı məsafədə yerinə yetirəcəklər. Seçkiyə aid materialların (protokolların, bülletenlərin) mühafizəsi təmin ediləcək. Çünki Seçki Məcəlləsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polisin səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilib.

“Mümkün terror, təxribat hallarının qarşısının alınmasına hazırlıq məqsədilə su, hava, dəmiryol nəqliyyatında, avtovağzallarda, limanlarda, diplomatik nümayəndəliklərdə, Bakı Metropolitenində, böyük su tutarlarında, maddi sərvətlər, qiymətli əşyalar və pul vəsaitləri saxlanılan, habelə həyat əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri gücləndirilib”-deyə Cavanşir Məmmədov vurğulayıb.

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button