AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Meşkinşəhrin millət vəkili: Azərbaycan İran üçün xüsusi əhəmiyyət daşıyır

Meşkinşəhrin millət vəkili: Azərbaycan İran üçün xüsusi əhəmiyyət daşıyır
Mahmud Abbaszadə Meşkini öz Tvitter səhifəsində Azərbaycan Respublikasının İran İslam Respublikası üçün xüsusi əhəmiyyət daşıdığını yazıb.
Qafqaz Həqiqətləri xəbər verir ki, İslami Şura Məclisində Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini öz Tvitter səhifəsində Qarabağ münaqişəsi barədə yazıb:
“Mədəniyyət, tarix, din, dil, millət və ərazi ortaqlıqları və münasibətlərinə görə Azərbaycan Respublikası İran İslam Respublikası üçün xüsusi əhəmiyyət daşıyır.
Xarici İşlər Nazirliyinin Qarabağ münaqişəsində ilkin zəifliyinin əvəzi Vəliyyi-fəqihin şimal-qərb əyalətlərindəki təmsilçilərinin fəal hüzuru, qətiyyətli və düşünülmüş mövqeləri, habelə xalqın məsuliyyətli həssaslığı ilə çıxdı.
Arazın o tayındakı bacı-qardaşlarımız Arazın bu tayını çox sevirlər. Bundan istifadə edərək, Qarabağ münaqişəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün gerçəkləşməsi üçün fəaliyyətimizi artırmalı, bu dost və qonşu ölkə ilə münasibətləri genişləndirməliyik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button