ArxivXəbər lentiXəbərlər

“Mənə sponsor tapılmır, şahmatdan da bezmişəm” – Məmmədyarovdan mat qoyacaq açıqlamalar

Azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atmış Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə oyunundan sonra ilginc açıqlamalar verib

Şahmatçı dünənki oyunun çətin olduğunu deyib və səbəbini də açıqlayıb. O, üstünlüyü əldən verməsinin səbəbi kimi ard-arda yarışlara çıxmasını göstərib: “Karlsenlə 5 saatdan çox oynadım və açığı, çətin mübarizə oldu. Debutdan böyük üstünlüyüm var idi, sonra bir az pis vəziyyət aldım. Rəqib 5 saat udmağa çalışdı. Buradan bir nəticəyə gəldim ki, bird aha 40-45 günlük turnirlərə qatılmayacağam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır”.

Qrossmeyester sponsorsuzluqdan şikayətlənib: “Bu gün jurnalist mənə sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsor yoxdur və hətta bütün yarışlara öz hesabıma gedirəm. Buradakı insanların sponsor var. Amma sabah oyun var, gərək yenə hazırlaşım. Çox heyif, amma şahmat belə məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə 1 sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyif ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam, onda isə bu söhbətlər mənasız olacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button