AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Məhdi Rəsuli: Azərbaycan xalqı vilayət əhval-ruhiyyəlidir

Əhli-beyt (ə) məddahı Məhdi Rəsuli Azərbaycan Respublikası xalqının vilayətçi olduğunu deyib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Zəncanda keçirilən “Qarabağ münaqişəsi; zəminələr, səbəblər və nəticələr” konfransında çıxış edən tanınmış məddah Hacı Məhdi Rəsuli “Salam olsun İbrahimə” kitabı və onun Azərbaycan Respublikası döyüşçülərinə təsirindən söz açaraq deyib: “Müqəddəs Müdafiəyə aid kitabların tərcümə edilməsi və nəşri Azərbaycan Respublikasının müsəlman xalqı arasında çox böyük təsir qoymuşdur. Əgər Azərbaycanda “Salam olsun İbrahimə” kitabını oxumaqla həyatlarında hansı hadisə və dəyişikliklərin baş verdiyi kəslərin sözlərini yazsaq bir kitab olar. Əldə olan məlumata görə, 200-ə yaxın adam sosial şəbəkələrdə bildiriblər ki, şəhid İbrahim Hadidən hacət alıblar. Bu əsasla, müharibə rəvayətlər müharibəsidir.”

 

Məhdi Rəsuli əlavə edib: “Digər bir məsələ isə budur ki, Azərbaycan Respublikası müsəlmanları ölkədə yetərincə tanınmayıb, inqilabçılar arasında düşünülməyib və dünyanın Yəmən və s. kimi ölkələri ilə müqayisədə məzlum qalıb.”

Tanınmış məddah vurğulayıb: “Bir neçə gün bundan əvvəl Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Hacı Tale Bağırov özünün daha siyasi məhbus olmadığını elan etdi. Bunun mənası nədir? Yəni, Qarabağın azad olunması ideyası mənim üçün mühümdür. Müharibə balansını dəyişən də məhz bu baxışlar idi. Ali Məqamlı Rəhbər Azərbaycan Respublikası xalqının Əhli-beytçi (ə) əhval-ruhiyyəsini və vilayətçiliyini diqqətdə saxlayır.”

Ərbəin yürüşündə azəri zəvvarların möhtəşəm  hüzuruna toxunan Rəsuli qeyd edib ki, Ərbəində İrandan sonra ən çox zəvvar Azərbaycandan gəlir. Azərbaycana baxış ciddi olmalıdır. Yer kürəsinin şimal yarımkürəsi azəri şiələridir və azərbaycanlı soykökünə malikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button