ArxivXəbər lentiXəbərlər

Konstitusiyada dəyişiklik ölkəni şahlıq üsul-idarəsinə aparır

Allah-Taala Qurani-Kərimdə buyurur ki, insanlar öz durumlarını dəyişmədikcə, Allah onların durumunu dəyişməyəcək!
Hacı Mövsüm Səmədovun hakimiyyətin özbaşınalığına mane olmaqda və milli qürurun oyanışında ağıllı addımı

Ötən günlərdə doktor hacı Mövsüm Səmədovun Azərbaycan hökumətinin formal və sifarişli referendumuna və həbsdə olan dini fəal Hacı Tale Bağırov, həm də digər dindarlara işgəncələrə etiraz olaraq aclıq aksiyasına başladığı mətbuatda işıqlandırıldı. Mövsüm Səmədov Qobustanda, ağır şəraitdə məhbus həyatı yaşayır. Onun başqa formada etiraz bildirmək imkanı yoxdur. Səmədov aclıq aksiyası yolunu seçməklə zülm qarşısında sükutu pozmuş, milli qürurun oyanışı və hakimiyyətin özbaşınılığı ilə mübarizə yolunda dini vəsifəsini yerinə yetirmiş və vətəndaş mövqeyini orta qoymuşdur. Səmədov mövcud şəraitə etirazı xalqın ilahi və tarixi vəzifəsi adlanırmış, əvvəlki məktublarında da vurğulamışdır ki, ölkədə hakmiyyyətin rəhbərlik üsulu Stalinin rəhbərlik üsulundan fərqlənmir. Hakimiyyət xalqa istədiyi qanunu qəbul etdirir, ölkənin idarə olunmasında xalqın istəyi rol oynamır.
Hacı Mövsüm Səmədovun əqidəsincə, konstitusiyada dəyişiklik ölkəni şahlıq üsul-idarəsinə aparır və xalq referenduma, son milli qürurun tapdanmasına etiraz etməli, süstlük göstərməməlidir. Xalq baş verməkdə olan qanunsuzluğa milli vəhdətlə etirazını bildirməlidir.
Mövsüm Səmədovun aclıq aksiyasının başqa səbəbi mübariz dindar hacı Tale Bağrova işgəncə verilməsidir. O bütün siyasi partiya və siyasi qüvvələrə xatırladıb ki, azadlıqsevər və inqilabçı dindarlara diqqətli olmaq lazımdır. Səmədov həbsdə olan hacı Tale və digər dindarlara zülmü dini cameəyə, azadlıqsevər insanlara zülm adlandırıb. Bütün xalq, xüsusilə dindarlar və islamçılar bu zülmlərə reaksiya verməlidir.
Təəssüf ki, ölkənin siyasi partiyaları və ictimai təşkilatları doktor Səmədovun, bu mübariz insanın aclıq aksiyasına lazım olan şəkildə reaksiya göstərmədi. Avropa İnsan Haqları Təşkilatı və beynəlxalq hüquq təşkilatları aksiyanı sükutla qarşıladı. Siyasi qüvvələr, icrtimai qurumlar, dindarlar və bütün xalq hakimiyyətin bu addımlarına etiraz etməlidir. Allah-Taala Qurani-Kərimdə buyurur ki, insanlar öz durumlarını dəyişmədikcə, Allah onların durumunu dəyişməyəcək!
Əziz Azərbaycana aşiq bir fərd olaraq müəllifin əqidəsinə görə, diktatura və zülmlə mübarizədə öndə gedənlərə dəstək dini, insani və milli bir vəzifədir. Bu işdə səhlənkarlıq dini baxımdan tarixdə qeydə alınacaq səhvdir.
Ey Azərbaycanın əziz və müsəlman ruhaniləri, ziyalıları, fəalları, ey Azərbaycan xalqı, bilin ki, qanunda qeyri-demokratik dəyişiklik Əliyevlər rejimini mütləq diktatorluq məqamına aparan mühüm addımdır. Buna qarşı ciddi mübarizə üçün ayağa qalxmaq, heç nədən çəkinmədən, zalım hakimlərlə mübarizə bayraqdarlarına, o cümlədən hacı Mövsüm Səmədov, Hacı Tale Bağırov, Hacı Abgül Süleymanova hərtərəfli dəstək vermək lazımdır.

Haqqın batil üzərində qələbəsi ümidi ilə

Doktor Gəncəvi/facebook

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button