ArxivFatimi yaşayişIslamQarabağŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

İsrailin terrorçu ermenilere xidmeti

İsrail Azərbaycanın hərbi sirrlərini Ermənistana ötürüb

Bir neçə həftə əvvəl Ermənistan KİV-ləri fəxrlə Azərbaycanın hərbi sirrlərinin İsrail tərəfindən Ermənistana ötürülməsinə dair məlumatlar yaydılar. “Ermənistanın İsraildə səfirlik açmaq niyyətini” təhlil edən məlumatlarda qeyd edilirdi ki, Ermənistanın bu addımı onunla qonşu İran İR-nın qəzəbinə səbəb olacağı qaçılmazdır. Amma Ermənistan, İran əleyhinə atdığı bu addım müqabilində İsraildən elə bir BÖYÜK İMTİYAZ alıb ki, İranın qəzəblənməsini nəzərə almamağa məcbur olub. Söhbət – “Azərbaycanın hərbi sirrlərinin Mossad tərəfindən Ermənistana ötürülməsindən” gedir.

Azərbaycan və İsrail arasında hərbi sahədə – İsraildən silah alınmasından tutmuş, Bakıda birgə hərbi müəssisələrin yaradılmasına və Azərbaycan Respublikası özünün bir sıra Hərbi Hava Qüvvələrinə aid hərbi hissələrinin İsrail PUA-larının İrana və İraqdakı şiə hərbi qüvvələrinə qarşı fəaliyyət göstərməsindən ötrü təqdim etməsinə qədər geniş əməkdaşlıqları nəzərə alsaq, o halda erməni mediasının yaydığı həmən xəbərin tam həqiqət olduğu qənaətinə gəlmək olar.

Erməni mətbuatına sızan “İsrailin Azərbaycana xəyanətinə” dair məlumatların, sionistlər tərəfindən uğursuz ört-basdır edilməsi cəhdləri

Bu xəbər yayılandan sonra, Azərbaycana qarşı xəyanətinin ifşa olunduğunu görən İsrail cəld səhnəyə daxil olub, xalqın diqqətini yayındırmağa və yayılan məlumatları inkar etməyə çalışdı. Bu işdə Mossad casusu, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru vəzifəzini icra edən, əslində isə Azərbaycanın İsraildəki “qeyri-rəsmi səfiri” missiyasını yerinə yetirən Azərbaycan hakimiyyəti üçün İsrailin tərəfindən təyin edilən təmilatçı Mossad casusu Arye Qut öz fəallığı ilə seçildi.

Beləki, əvvəlcə iyulun 1-də “Azərbaycan-İsrail strateji tərəfdaşlığı” mövzusunda onlayn-konfrans keçirən sionist Arye Qut, video-konfransa dəvət etdiyi sionistlər və Azərbaycandakı sionist nökərləri ilə birgə “Azərbaycan-İsrail əməkşlığı, strateji müttəfiqliyi, dostluğu, qardaşlığı, sirdaşlığı” və s. kimi saxta terminlər üzərində manupulyasiya edərək, müsəlman Azərbaycan xalqının gözünə kül üfürməyə çalışdı. Təbii ki, bu onlayn-konfrans barədə məlumatı da, Azərbaycan DTX-nin tabeliyində olan AzərTac İnformasiya Agentliyində yaydı. 

Amma sionistlər “strateji müttəfiq” adlandırdıqları Azərbaycan Respublikasına qarşı elə bir xəyanətə əl atmışdılar ki, bu namərdliyi “onlayn-konfrans şousu” ilə pərdələmək mümkün deyildi. Bu səbəbdən də hiyləgər İsrail yenidən sionist Arye Qutu səhnəyə buraxdı. “Onlayn-konfrans şousu”ndan iki gün sonra sionist Arye Qut yenidən AzərTac İnformasiya Agentliyinin internet səhifəsində peyda oldu, bu dəfə isə İsrail və Azərbaycan tarixboyu bir-birinə sadiq, çiyin-çiyinə olublar” başlıqlı müsahibə ilə.

Arye Qut, bu müsahibədə “Azərbaycanın hərbi sirrlərinin Mossad tərəfindən Ermənistana ötürülməsini” inkar etməkdən və İsrailin bu xəyanətini malalamaqdan ötrü, İsraili “Azərbaycanın ən yaxın dostu” və “ermənilərin ən böyük düşməni” kimi qələmə verməkdən ötrü dəriqən-qabıqdan çıxsa da, onun yalan və saxtakarlığı – mövcudluğunun cəmi 28 il olduğu Azərbaycan–İsrail münasibətlərinə “tarix boyu” donu geydirməsindən bəlli idi…

Azərbaycanın hərbi sirrlərinin İsrail tərəfindən Ermənistana ötürülməsinə dair məlumatlar özünü doğrultdu

Amma yalanın ömrü 40 gün çəkir! İsrailin Azərbaycan Respublikasına qarşı xəyanətinin – Azərbaycanın hərbi sirrlərinin İsrail tərəfindən Ermənistana ötürülməsinin sübuta yetirilmənə isə cəmi 2 həftə lazım gəldi: iyulun 12-də Ermənistanın terrorçu ordusunun bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində artilleriya qurğularından istifadə etməklə Azərbaycan Respublikasının mövqelərini atəşə tutmaqla yeni cinayətə imza atdılar.

Ermənilərin bu hücumu nəticəsində Azərbaycan Ordusunun yüksək rütbəli zabitləri: general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və digər gizir və əsgərləri şəhid oldular! Göründüyü kimi, işğalçı erməni ordusu Azərbaycanın yüksək rütbəli zabitlərini dəqiq hədəf alıb şəhadətə yetirməklə, Qarabağ müharibəsi tarixində Azərbaycana qarşı “yeni səhifə” açdılar. Halbuki 2020-ci ilin iyul döyüşlərinə qədər Ermənistanın terrorçu ordusu Azərbaycana belə zərbə vura bilməmişdi. Bu isə, ermənilərin Azərbaycan ordusu barəsində çox dəqiq kəşfiyyat məlumatlarını əldə etmələrindən xəbər verir. Sizcə bu, Ermənistan mediasının fəxrlə bəyan etdiyi – “Azərbaycanın hərbi sirrlərinin İsrail tərəfindən Ermənistana ötürülməsinə” dair məlumatların həqiqiliyini sübut etmirmi?!…

Azərbaycan Ordusunun son uğursuzluğu birbaşa İsraillə bağlıdır

Son iyul döyüşləri Qarabağ müharibəsi tarixində görülməmiş bir tendensiya ilə yadda qaldı. Atəşkəs imzalanandan bəri fəxribat törədən ermənilər ilk dəfə olaraq üstünlük əldə etdilər! Bir neçə gündür davam edən son döyüşlərdə ermənilərin Azərbaycana qarşı hücumları nə qədər dəqiq və düşmən üçün uğurlu oldusa, Azərbaycan tərəfinin ermənilərə cavab zərbələri bir o qədər qeyri-dəqiq və uğursuz oldu.

Azərbaycan Ordusunun bu son uğursuzluğu da, yenə də birbaşa İsraillə bağlıdır! Əgər 2020-ci ilin iyul döyüşlərinə ermənilər artilleriya qurğularından istifadə etməklə Azərbaycan mövqelərinə dəqiq zərbələr etdirdilərsə, Azərbaycan ordusu isə “strateji müttəfiq” kimi xalqa təqdim edilən sionist rejimi İsrailin istehsalı olan pilotsuz uçuş aparatları vasitəsi ilə düşmənə cavab verməyi qərara aldı. Amma bu hücumlar Azərbaycan ordusu tarixində və döyüşdə istifadə edilər PUA-ların tarixində ən böyük uğursuzluqla yadda qaldı. Beləki, ermənistan tərəfi 35-40 il əvvə SSRİ-də istehsal edilən “9К33 Osa” markalı adi özüyeriyən zenit raket kompleksi ilə Azərbaycan ordusuna məxsus – İsrail istehsalı olan və öz sinifində dünyanın ən modern və güclü PUA-sı hesab edilən, 30 milyon dollar dəyərində olan “Elbit Hermes 900” pilotsuz uçuş aparatını vurub yerə salmağa müvəffəq oldu ki, indiyə qədər dünyanın heç bir ordusu bunu etməyə nail olmamışdı!

Azərbaycana məxsus “Elbit Hermes 900” pilotsuz uçuş aparatının ermənilər tərəfindən vurulması kadrları:

Qiyməti 30 milyon dollar olan bir hərbi texnikanın 40 il əvvəl istehsal edilən bir sadə raketlə vurulması aşağıdakılardan xəbər verir:

– İsrail istehsalı olan silahlar barəsində uydurulan miflərin hamısı puç və yalandır! 

– Azərbaycan hakimiyyəti 15 ədəd bu bahalı, əslində isə puç olan sionist silahını almaqla dövlətin və xalqın pullarını sadəcə havaya sovurub və yalnız sionistlərin ciblərinin doldurulmasına xidmət edib!

Ermənistan bu təyyarədən sonda Azərbaycanın daha iki PUA-nı vurdu. Azərbaycan ordusunun İsraildən aldığı və İslam düşməni olan sionist rejimi ilə birgə istehsal etdiyi PUA-lar vasitəsilə ermənilərə qarşı effektli cavab verə bilmədiyini, əvəzində isə ermənilərin “Elbit Hermes 900” PUA-nı vurmasını, Azərbaycanın yüksək rütbəli say-seçmə zabitlərinin dəqiq koordinatlarının ermənilərə məlum olduğunu və bu üzdən də şəhid edildiklərini görəndən sonra, İsrail tərəfindən aldadıldığını və İsraillə hərbi əməkdaşlığın ölkəyə necə baha başa gəldiyini anladı…

Qeyd etmək lazımdır ki, Azərbaycan PUA-nın ermənilərə qarşı effetsiz olmasının digər səbəbi də, İsrailin Azərbaycana satdığı və onunla birgə istehsal etdiyi bu pilotsuz uçuş aparatlarının kodlarını Ermənistana verməsi ola bilər!  Ermənistan mətbuatının qeyd etdiyi – Mossadın Ermənistana ötürdüyü Azərbaycanın hərbi sirrlərinin arasında, yəqin ki, Azərbaycan PUA-larının kodları da var. Çünki İsrailin “cinayət və xəyanət dosyesində” bundan əvvəl də, bir ölədən imtiyaz almaq məqsədi ilə, həmən ölkə ilə düşmən vəziyyətində olan digər ölkəyə saydığı PUA-ların kodlarını, birinci ölkəyə verdiyinə dair dəlillər var. Məsələn, Rusiya və Gürcüstan arasında 2008-ci ildə baş vermiş — “Cənubi Osetiya silahlı münaqişəsi” zamanı, İsrail Gürcüstana satdığı PUA-ların kodlarını Rusiyaya vermişdi ki, Gürcüstanın o vaxtki prezidenti Mixail Saakaşvilinin bu barədə mətbuata açıqlama da verib:

Bu məlumatdan sonra, İsrailin Azərbaycana satdığı və onunla birgə istehsal etdiyi  PUA-nın kodlarını Ermənistana vermədiyinə inanmaq olarmı?!…

İsrailin Azərbaycanı aldatdığını və ona xəyanət eydiyini malalamağa çalışması cəhdləri

İsrail isə yenə də media və informasiya təbliğatı vasitəsilə Azərbaycanı aldatmağa qalxdı. Beləki, məşhur Mossad casusu – vəhhabi Səud rejimi və İsrail arasındakı münasibətlərin yaxşılaşdırlması məqsədi ilə Səudiyyə Ərəbistanına leqal səfər edən ilk İsrail vətəndaşı, icazəsiz olaraq işğal altında olan Dağlıq Qarabağa səfər etdiyinə görə və orada Qarabağın müstəqilliyinin tanınmasına çağırışlar edərək erməni separatçıların xeyrinə təbliğatlar apardığına görə Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olunmasından sonra, Ukrayna pasportu ilə qanunsuz Azərbaycan ərazisinə daxil olması və ölkənin sərhəd xidmətini aldatması ilə öyünündüyünə görə Belorusiyada həbs edilərək Azərbaycana ekstradiyisa olunan, Azərbaycanda 1 il həbsdə yatandan sonra Mossadın və İsrail hakimiyyətinin təzyiqləri ilə İlham Əliyev tərəfindən əfv edilərək İsrailə qayıdan bloger Aleksandr Lapşin öz Feysbuk səhifəsində “Elbit Hermes 900” pilotsuzunun vurulması ilə bağlı status paylaşaraq, bu statusu Rusiya və Ermənistanın aparıcı KİV-lərində yaydı. Mossad casusu Lapşin sözü gedən statusda, “Elbit Hermes 900” pilotsuzunu tərifləyərək, “bu təyyarələrin 2009-cu ildən bəri Suriya, İraq, Livan, Sudan, Əfqanıstandakı hərbi əməliyyatlarda istifadə olunduğunu, ABŞ və Meksikanın sərhəddinə nəzarət etdiyini, həm Kolumbiya və həm də Braziliyada narko-kartellərinin hərəkətlərini izləyini önə çəkərək, indiyə qədər heç kimin onu vura bilməməsindən” ağız dolusu danışır. Daha sonra casus Lapşin təyyarənin vurulmasının günahını İsrailin üstündən götürüb Azərbaycan ordusunun üzərinə ataraq həyasızcasına iddia edir ki: “Yalnız fərsiz və səriştəsizlər, bütün orduların “uçan beyini” olan bu aparatı zərbə altına qoya bilərdi”…

Yuxarıdakı mətləbləri nəzərə alarkən açıq-aydın görünür ki, Ermənistan KİV-lərinə sızan – “Azərbaycanın hərbi sirrlərinin İsrail tərəfindən Ermənistana ötürülməsinə” dair məlumatlar əsassız deyildir! Amma daha dəhşətlisi isə, İsrailin Azərbaycanlı generalın şəhid edilməsindəki roludur!!!

İsrailin Şəhid Hacı Qasim qorxusu

Bu ilin yanvarında ABŞ-ın terrorçu prezidenti Donald Tramp İsrailin əmri ilə iranlı general Hacı Qasim Süleymani və həmçinin aralarında İraqdakı “Həşdi Şəəbi” şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndisi də olmaqla İŞİD-ə qarşı mübarizə aparan daha 9 mücahidi terrora məruz qoyaraq şəhid etdi. Bu cinayət dünyada birnənalı qarşılanmadı, hətta ABŞ-ın ən yaxın müttəfiqləri bu addımı pislədilər. Amma Hacı Qasim Süleymaninin terrorunun sionizm üçün ən gözlənilməz və ağrılı reaksiyası isə Azərbaycan Respublikasında oldu.

1992-ci ildən bəri Azərbaycanı öz çənginə alan və ölkənin bütün qanunverici, icraedici və güc strukturlarına nüfuz və onları idarə edən sionizm, bu ölkədə İslam və şiəlik əleyhinə apardığı təxribatçı fəaliyyətlərindən sonra, Azərbaycanın dini ictimaiyyətininə tam nəzarət etdiyini zənn edirdi. Amma Hacı Qasimin terrorundan sonra Mossad Azərbaycanda elə bir mənzərə ilə rastlaşdı ki, 28 il ərzində çəkdiyi bütün “zəhmətlərinin” faydasız olduğunu anladı: Yüz minlərlə azərbaycanlı sosial şəbəkə istifadəçisi öz profillərini və sosial şəbəkə səhifələrini Şəhid Hacı Qasimin şəkilləri ilə bəzədi!!! Mossadın bu hadisədən necə əndişələndiyini anlamaqdan ötrü, yuxarıda adını çəkdiyimiz – Mossad casusu və Azərbaycanın İsraildəki “qeyri-rəsmi səfiri” missiyasını yerinə yetirən Arye Qutun bu barədə fikirlərinə nəzər salaq.

Hacı Qasim Süleymaninin terrorunundan bir həftə sonra “Eurasia Diary” saytına müsahibə verən Arye Qut, sionist həyasızlığı ilə Şəhid Hacı Qasimə böhtan atandan sonda deyir: “Yaxın tarixə nəzər salsaq görərik ki, Süleymani Qarabağda dinc azərbaycanlılara qarşı divan tutan erməniləri real şəkildə dəstəkləyib. Bütün bunlara rəğmən Süleymaniyə Azərbaycan məscidlərində mərasimlər keçirilməsi, təxminən 80 mindən çox azərbaycanlının sosial şəbəkələrdə onun şəkillərini paylaşması bir daha göstərir ki, İranın Azərbaycanda sosial dayaqları çox güclüdür. Sözügedən dayaqların formalaşmasında İran kəşfiyyat qurumlarının böyük xidmətləri var. Düşünürəm ki, bu Azərbaycan dövlətçiliyi üçün ən ciddi milli təhlükəsizlik problemidir və böyük təhdiddir”…  Əslində Mossad casusu Arye Qut, “İsrail üçün təhlükədir” demək istəyir. Çünki Qüds şəhidi Şəhid Hacı Qasimin şəklini paylaşan 80 min istifadəçi – İsrailə və onun Azərbaycandakı maraqlarına qarşı 80 min əsgər deməkdir! Onları dəhşətə gətirən budur! Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin öz profillərini Şəhid Hacı Qasimin şəkilləri ilə bəzəməsinin Mossada, bu murdar və terrorçu təşkilatın casusu Arye Quta necə od vurduğunun şahidi oldunuzmu?!

Nəzərə alsaq ki, sionistlər İsrail üçün sərfəli olan məlumatları 10 dəfə şişirdir və sionist rejimi üçün faciə ola biləcək hadisələri isə 10 dəfə kiçildərək “gündəlik məişət hadisəsi” kimi qələmə verirlər, o halda Mossad casusu Arye Qutun “80 mindən çox azərbaycanlının sosial şəbəkələrdə Şəhid Hacı Qasimin şəkillərini paylaşmasıni” dilə gətirməsi, əslində bu rəqəmin 800 mindən çox olduğundan xəbər verir. Bu səbəbdən də Mossad dərhal hərəkətə keçərək, öz trolları vasitəsilə Azərbaycanın sosial şəbəkələrində “öz şəhidlərimiz qala-qala iranlı şəhidin şəkillərini niyə paylaşırsız” məznunlu kampaniyaya start verdi. Geylərdən-vəhhabilərə, pantürkisrtlərdən-ateistlərə, feministlərdən-“müxalifət” adlanan sionist nökərlərinə və s. qədər ŞƏHİDLİYİN nə olduğunu bilməyən cahillər İsrailin əmri ilə Şəhid Hacı Qasimin əleyhinə kampaniyaya başladılar. Amma nəticə əldə edə bilmədilər. Bunu görən sionizm, nəzarətində olduğu Feysbuk və İnstagram sosial şəbəkələrinə Hacı Qasimin şəkillərini paylaşan statusları silməyi və ya profilləri bağlamağı əmr etdi. Əslində, sionizm özünün bu addımı ilə Şəhid Hacı Qasimin və onun şəkillərini paylaşan azərbaycanlı sosial şəbəkə istifadəçilərinin qarşısında məğlubiyyətini elan etdi.

İranlı Şəhid Genaral əvəzinə azərbaycanlı Şəhid General hiyləsi

Bununla belə, İran İR ilə bacarmayan və onun regionda artan nüfuzundan yuxusu ərşə çəkilən İsrail, şiə dövlətinin Azərbaycandakı nüfuzunu azaltmaqdan ötrü fəaliyyətlərinə bir an belə ara vermir. Vəhhabiliyin yayılmasından tutmuş, özünü şiə adlandırıb – Vilayəti-Fəqih bəhanəsi ilə şiə İran İR ilə düşmənçilik edən cahillər ordusunu yaratmağa qədər, bütün planları Azərbaycanda sınaqdan keçirən İsrail görəndə ki, Şəhid Hacı Qasimin təkcə adı və şəkili belə, Mossadın Azərbaycan Respublikasındakı 28 illik fəaliyyətlərini puç etməyə yetərlidir, bu müəddəs Qüds şəhidini əbədi olaraq Azərbaycan xalqının zehnindən silməyi qərara aldı. Çünki elə bu günün özündə də Azərbaycanın sosial şəbəkə məkanında Şəhid Hacı Qasimin şəkillərini öz profil şəklində yerləşdirən on minlərlə istifadəçi var. Şəhid Hacı Qasimin şəkillərini profillərdən yığışdırmaqdan ötrü Azərbaycan ictimaiyyəti üçün də Şəhid General obrazı hazırlamaq lazım idi…

Bəli, İsrail məhz Azərbaycan ictimaiyyəti üçün Şəhid Gerenal obrazı yaratmaq məqsədi ilə, Azərbaycan xalqının MƏRD, QEYRƏTLİ, VİCDANLI, MÖMİN və VƏTƏNPƏRVƏR oğlu General-mayor Polad Həşimovu hədəf kimi seçdi. Bəs Mossad, generalın məhz ermənilər tərəfindən şəhid edilməsini necə təşkil etdi və buna necə nail oldu?

Mossadın “tələ partlayışı” ssenarisi

Sionist casus təşkilatı Mossadın ABŞ-ın əli ilə yaradaraq təlim keçdiyi Taliban və İŞİD terror təşkilatlarının həyata keçirdiyi terrorlarda, həmçinin Mossadın Livanda Hizbullaha qarşı təşkil etdiyi terror hücumlarında daha çox insan tələfanına nail olmaqdan ötrü məşhur bir ssenaridən istifadə olunur: əvvəlcə kiçik bir terror törədilir, yaxındakı insanlar terrorun nəticələrini aradan qaldırmaqdan ötrü hadisə yerinə gələndə isə, terrorun baş verdiyi ərazidə qabaqcadan qoyulmuş – içərisində çoxlu partlayıcı maddə olan avtomobil partladılaraq, hadisə yerinə gələn insan izdihamı arasında daha çox qurban əldə edilir və bu Şeytan xislətlilər öz murdar əməllərini “uğurlu” hesab edirlər!

Azərbaycan əhalisini izləyən İsrail mobil rabitə operatorları

Ermənistan, İran əleyhinə addım ataraq “İsraildə erməni səfirliyinin açılması” müqabilində  İsraildən BÖYÜK İMTİYAZ alandan, yəni  “Azərbaycanın hərbi sirrləri İsrail  tərəfindən Ermənistana ötürülməsindən” dərhal sonra, erməni terrorçu birləşmələri Azərbaycanın hərbi mövqelərinə qarşı hücuma keçdilər. Təbii ki, Azərbaycan ordusu özünün ən təcrübəli və döyüş taktikasına yaxşı bələd olan yüksək rütbəli zabitlərini “hadisə yerinə” göndərdi. Azərbaycandakı Bakcell mobil rabitə operatorunun birbaşa sahibi və digər mobil rabitə operatorlarının isə dolayısı yolla sahibi olan sionist rejimi İsrail, öz casus peykləri vasitəsilə azərbaycanlı zabitlərin üzərində olan mobil telefonlarının dəqiq koordinatlarını, onların sahiblərinin dosyesi ilə birgə Ermənistana ötürür.

Beləliklə erməni kəşfiyyatı İsraildən aldığı Azərbaycana aid hərbi sirrlərin düzgünlüyünə şübhə etmədiyi üçün, İsrailin israr etdiyi generalı – general-mayor Polad Həşimovu və onunla birlikdə olan digər yüksək rütbəli zabitlərimizi hədəf alır… Həticədə, həm ermənilər Azərbaycan xalqına ağır zərbə vurur, həm də Şəhid Hacı Qasimi Azərbaycan xalqının yaddaşından silməyə çalışan İsrail, Azərbaycan ictimaiyyəti üçün iranlı Şəhid Generalın əvəzinə, azərbaycanlı Şəhid General “yaradır”…

İsrailin alçaq planı baş tutsa da, Şeytan xislətli sionist rejimi əsas hədəfinə çatmadı

Şəhid general Polad Həşimovun şəhadətindən dərhal sonra Azərbaycanın sosial şəbəkələrində İsrail trolları Mossaddan aldıqları növbəti şüarı dövriyyəyə buxaxırlar: “İranlı generalın şəkillərini vuranlar, niyə azərbaycanlı generalın şəkillərini profillərində yerləşdirmirlər?”… Beləliklə, çoxlu azərbaycanlı sosial şəbəkə istifadəçiləri azərbaycanlı Şəhid Generalın şəkillərini öz profilə şəkillərinin yerində yerləşdirdilər. Amma qeyd edək ki, İsrail bu dəfə də nakam qaldı. Çünki dindar olmayan azərbaycan vətəndaşları öz müqəddəs Şəhid Generallarının şəkillərini dərhal öz profillərində yerləşdirsələr də, Azərbaycanın şiə dini camiəsi İsrailin hiyləsini vaxtında başa düşdü və Şəhid Hacı Qasimin şəklini Şəhid Polad Həşimovun şəkli ilə BİRLİKDƏ dərc etdilər:

Beləliklə, İsrail Azərbaycanın hərbi sirrlərini ermənilərə ötürməklə işğalçı Ermənistan dövləti üçün atəşkəs rejimi vaxtı ən böyük “qələbəsini” təmin etsə də, Şəhid Hacı Qasimi xatirəsini və müqəddəs yolunu Azərbaycan xalqının yaddaşından silməkdən ötrü ölkə ictimaiyyəti üçün azərbaycanlı Şəhid General obrazı yaratmağa çalışsa da, əsas hədəfini nail olmadı və İnşaAllah olmayacaq! Çünki İsrailin hədəfi Azərbaycanın adi ictimaiyyəti deyildi, bəlkə ŞİƏ DİNİ İCTİMAİYYƏTİ idi ki, onlar da son günlərdə şəhid olan Azərbaycan oğullarını təkcə Azərbaycanın deyil, məhz İslam dünyasının şəhidi kimi qəbul edərək, İsrailin gözünə ox batıran yollarına davam etdilər!

Həmid Türki

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button