AktualAktualArxivIslamXəbər lentiXəbərlər

İraq türkmanları Azərbaycandan yardım gözləyir

“Lütfən türkmanlara yardım və dəstəyinizi əsirgəməyin”

Türkiyədə yaşayan İraq türkmanları iyunun əvvəlindən bəri bölgədə yaşanan proseslərin və yaranmış vəziyyətin onları ümidsiz vəziyyətdə qoyduğunu düşünürlər. İraq türkləri İnsan Haqları Dərnəyinin fəxri sədri Nəfi Dəmirçi APA-ya açıqlamasında bildirib ki, terror təşkilatının 11 iyunda Türkiyənin Mosuldakı Baş Konsulluğunu işğal etməsi və daha sonra orada dövlət və xilafət elan etməsindən sonra türkməneli bölgəsi çox çətin vəziyyətdə qalıb:

 “2003-cü ildə ABŞ İraqı işğal edərkən olduğu kimi, bu dəfə də cərəyan edən proseslərdən bölgədəki kürdlər qazanclı çıxdılar. Kərkük peşmərgələrin nəzarəti altındadırsa, biz nəyə ümid bəsləyə bilərik? Qərb ölkələrinin bölgədəki terrorizmə qarşı həyata keçirdiyi əməliyyatlar da kürdləri qorumaq məqsədi daşıyır. Mosul Baş Konsulluğunun gözlənilmədən işğal edilməsi Türkiyəni çətin vəziyyətdə qoyub, bunu anlayırıq, amma İraq mərkəzi hökuməti ilə birbaşa əlaqələr də zəiflədi və nəticədə yeni qurulan hökumətdə türkmanlara nazir kreslosu verilmədi. Bu günə qədər bizim İraq hökumətində nazirimiz olurdu, millət vəkillərimiz problemlərimizi məclis kürsüsündən cəsurca dilə gətirə bilirdilər”.

 Türkiyənin bəzi dövlət qurumlarının, siyasi partiyaların və QHT-lərin türkməneli bölgəsinə yardım göstərdiyini xatırladan Nəfi Dəmirçi yardımların kifayət etmədiyini söyləyib: “Qardaş Azərbaycanın İraq türkmənlərinin məsələsinə həmişə son dərəcə həssaslıqla yanaşdığını bilirəm. Oradan yardımlar toplanır, bundan da xəbərdaram. Lütfən türkmanlara yardım və dəstəyinizi əsirgəməyin”.

 Qeyd edək ki, 60 ildən bəri Türkiyədə İraq türkmanlarının haqları uğrunda mübarizə aparan doktor Nəfi Dəmirçi bölgənin tarixi ilə bağlı 6 iri həcmli kitab yazıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button