ArxivIslamŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

İranda Parlament və Xobreqan məclisinə seçkilər keçirilir

 İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri bütün ölkə boyu 208 seçki dairəsində 290 nümayəndəni seçmək üçün keçirilir.

İran Daxili İşlər Nazirliyinin seçki qərargahının sədri Cəmal Orf İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərində 7157 namizədin rəqabət apardığını bildirib. Qeyd edib ki, ölkə boyu 54 mindən çox seçki məntəqəsi təşkil edilib.

Parlament seçkilərinin öncəki çağırışlarında iştirakın 60 faiz olduğunu bildirən  Orf bildirib ki,  İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərində 57 milyon 918 min nəfər səsvermə haqqına malikdir. Bunların iki milyon 931 min nəfəri ilk dəfədir ki, seçkilərdə iştirak edir.

İranın seçki məcəlləsinə əsasən, səsvermə yaşı tam 18 yaşdır.

Qeyd edək ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei seçkinin ilk saatında seçki məntəqəsində səs verib.

Orada çıxış edən Ayətullah deyib: “Seçkilər günü milli şənlik günüdür. Bu şənlik münasibətilə bütün ölkədəki əzizlərimizi təbrik edirəm. İkincisi, bu gün, xalqın vətəndaş haqqının reallaşması günüdür. Üçüncüsü, şəri bir borcdur. Həqiqət budur ki, seçkilər ölkənin milli maraqlarına zəmanət verir. Ölkənin milli mənafeyinə maraq göstərənlər seçkilərdə iştirak etməlidirlər.”

İslam İnqilabının rəhbəri daha sonra “Mənim tövsiyəm budur ki, əvvələn, hamı ciddi-cəhdlə hərəkət etsin və gəlib, qənaətə gələrək, nəzərdə tutduğu şəxslərə səs versin və bu işi tez bir zamanda görsün ki, bu, bizim həmişəki tövsiyəmizdir.”, -deyə əlavə edib.

Sözlərinin davamında Ayətullah Xamenei deyib: “Allah-Taaladan istəyirik ki, İran xalqına uğur və xeyir versin. Öz mərhəməti və bərəkətini bu xalqa göndərsin və seçkiləri bu ölkə üçün xeyir və bərəkət mənbəri qərar versin.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button