ArxivIslammədəniyyatXəbər lentiXəbərlər

İlahiyyatçı: Aşkarda sədəqə vermək heç də pis bir əməl deyil… Lakin…

Son zamanalar sosial şəbəkələrdə xeyirxah insanların xeyir əməllərini kölgəyə salmaq tendensiyası genişlənməkdədir. Təəssüfedici məqam ondan ibarətdir ki, bu cür qaraniyyətli insanlar bəzən dini mətnlərdən də istədikləri kimi istifadə edirlər. Mövzu ilə bağlı birlik.az saytına münasibət bildirən ilahiyyat elmləri üzrə araşdırmaçı-yazar Təbriz Qasımov bildirdi ki, bu məsələdə yanlışlığa yol verilməməlidir: “İnsanlara yaxşılıq edərkən bunu bəzən gizlində, bəzən isə aşkarda etmək lazımdır. Maraqlıdır ki, İmam Əlinin (ə) kəlamlarında yaxşılığın hər ikisinin ayrı-ayrılıqda fərqli xüsusiyyətlərə malik olduğu qeyd olunub. “Nəhcul-Bəlağə” əsəri 109-cu xütbədə bu barədə İmam belə deyir:

و صدقة السر فانها تكفر الخطيئة و صدقة العلانية فانها تدفع ميتة السوء…

“Gizlində sədəqə vermək yanlışların üstünü örtər, aşkarda sədəqə vermək isə pis (rəzil) ölümün qarşısını alar…”.

Deməli, aşkarda sədəqə vermək heç də güman edildiyi kimi, pis bir əməl deyil, əksinə, çox faydalı bir işdir. Bir şərtlə ki, Allah rizasına, insanlara yardım etmək məqsədilə edilsin, reklam xatirinə deyil…”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button