ArxivIslamXəbər lentiXəbərlər

Çox böyük savablara malik olan “Qədir Xum” bayramının əməlləri

İslamazeri.com Qədir Xum” bayramı münasibətilə bütün müsəlmanları təbrik edir. Bu günün əməllərini geniş və izahlı şəkildə diqqətinizə çatdırırıq:

İslamazeri.com Qədir Xum” bayramı münasibətilə bütün müsəlmanları təbrik edir. Bu günün əməllərini geniş və izahlı şəkildə diqqətinizə çatdırırıq:

1. Oruc tutmaq: 
Qədir-Xum günü oruc tutmağın coç fəziləti vardır ki, onu başqa savab əməllərdən istisna edir.
Imam Əli (ə) buyurur:
“Əgər Allah-taalanın xalis bəndələrindən bir nəfər bu günü xalis niyyətlə oruc tutsa, bu bir gün savab və fəzilətdə dünyanın bütün günlərinə bərabər olacaqdır”.
Yəni əgər insan bir dünya ömür yaşaya və ömrünün bütün günlərini oruc tutmuş olsa, Qədir-Xum gününün orucunun savab və fəzilətinə çata bilməz.
Yenədə o həzrət (ə) buyurur:
“… Allah-taala Qədir-Xum” bayramı üçün ən böyük mükafatı təyin etmişdir”.
Imam Sadiq (ə) öz dostları və səhabələrini bu işə təşviq edib buyurardı:
“Mən istəyirəm ki, siz bu günü oruc tutasınız”.
Yenədə o həzrət buyurur:
“Qədir-Xum” gününü oruc tutmaq, Allah-taala yanında hər ildə qəbul olunmuş yüz həcc və yüz ömrəyə bərabərdir”.

2. İftar vermək: 
Qədir-Xum gününün əməlləri arasında oruc tutan möminlərə iftar vermək xüsusi və yüksək məqama malikdir. Rəvayətlərə görə bu bayramda iftar verməyin böyük fəzilət və savabı vardır.
Möminlərin ağası İmam Əli (ə) buyurur:
“Hər kəs Qədir-Xum bayramında oruc tutan bir möminə iftar verərsə, on “Fəam”a yemək və iftar verimiş şəxs kimidir”.
Məclisdə hazır olanlardan bir nəfəri soruşdu: Ey möminlərin ağası “Fəam” nədir? Həzrət (ə) o şəxsin cavabında buyurdu:
“ (Fəam yəni) yüz min Peyğəmbər, siddiq və şəhid”.
(az fasilədən) sonra sözünə belə davam etdi:
“Belə isə necə olacaqdır o şəxsin fəzilət və savabı ki, möminlərdən bir qurupunun iftarını öz öhdəsinə götürsün”.
Bu hədisə oxşar başqa bir hədis də İmam Sadiqdən (ə) rəvayət olunmuşdur.
Bəzi rəvayətlərdə gəlmişdir ki, İmam Rza (ə) Qədir-Xum bayramı günü möminlərdən bir dəstəsini iftar üçün öz yanınında saxlayardı.

3. Qardaşlıq: 
Vilayət günəşinin doğduğu gün yəni Qədir-Xum bayramı, qardaşlıq günüdür və qardaşlıq günü vilayət günüdür. Vilayət və qardaşlıq bir-birinə ayrılmaz tellərlə bağlıdırlar və onları bir-birinə düyünləyən halqa “iman”dır. Çünki bir tərəfdən imanın şərti vilayətdir və iman vilayətlə kamilləşir və başqa bir tərəfdən isə iman əhli bir-birilə qardaşdırlar:
“Həqiqətən, mö’minlər (dində) qardaşdırlar”.
Bax elə buna əsasəndə  qardaşlıq peymanı bağlamaq Qədir-Xum bayramının gözəl əməllərindən biri sayılır.
Bu qardaşlıq əhd-peymanı aşağıdakı şəkildə bağlanır:
İki nəfərdən biri özünün sağ əlini ikinci şəxsin ssağ əlinin üzərinə qoyaraq deyir:
“Mən səninlə Allah yolunda qardaş oluram və uca yardanın hüzurunda səninlə səmimiyyətli və saf olmağı qarşıma məqsəd qoyuram. Allah yolunda səninlə əl tutub və Allah-taala, mələklər, müqəddəs kitablar, peyğəmbərlər və məsum imamların (ə) hüzurunda səninlə əhd-peyman bağlayıram ki, əgər qiyamət günü Allahın rəhməti mənə şamil olub, cənnət  və şəfaət əhlindən olsam və cənnətə daxil olmaq icazəsi alsam, oraya daxil olmayacam, məgər sən də minimlə birlikdə olasan”.
Sonra isə ikinci şəxs deyir: “qəbul etdim və səni şəfaət, dua və ziyarətdən başqa (ki, bu üç şeydə məni unutmamalısan), yerdə qalan bütün qardaşlır hüquqlarından səni azad edirəm”.

4. Təbərra: (yəni Allahın düşmənlərind ən uzaqlaşıb, dostları ilə dostluq etmək).
İmam Sadiq (ə) buyurdu:
“Qədir-Xum bayramı günü əhli-beytə zülm edənlərdən uzaqlaşın və (onlardan bezar olduğunuzu aşkar edin). ”

5. Təzə və pak libas geyinmək: 
İmam Sadiq (ə) buyurdu: “Möminlərə lazımdır ki, Qədir-Xum bayramında özlərinin ən təmiz, yaraşıqlı və qiymətli libaslarını geysinlər”.
Mərhum Mirzə Cavad Ağa Təbrizi bu əməli (təzə və yaraşıqlı geyinməyi) Qədir-Xum bayramının mühüm və zəruri əməllərindən hesab edirdi.

6. Təbrik: 
Təbrik demək və insanlarla üzləşdikdə onlarla xoş duyğularını və sevinci bölüşdürmək, hər bir bayramın ən gözəl xüsusiyyətlərindəndir.
Başqa bayramlarda olduğu kimi dini bayramlarda da möminlər sevinc və şadlıqlarını dini qardaşları ilə paylaşırlar. Bu arada bu cür təbrik və sevinc paylaşma ən-ənəsi Qədir-Xum bayramında da özünəməxsus yer tutmuşdur. Peyğəmbər (s) Qədir-Xum bayramında müsəlmanları bir-birinə təbrik deməyə təkidlə tövsiyə etdi və sevinclə möminlərə deyirdi: “Mənə təbrik deyin! Mənə təbrik deyin!”
İmam Sadiq (ə) möminlərə Qədir-Xum bayramında bu sözləri deməyi tövsiyə etmişdir: “Bir-birinizlə üz-üzə gəldiyiniz zaman bu duanı deyin: “Həmd və səna o Allah üçündür ki, bizləri bu günün vasitəsilə girami və əziz edib, bizi möminlərdən və imamət və vilayət sahıbləri, ədalət və haqqı yaşadanların haqqında aldığı əhd-peymana sadiq qalıb, vəfa edənlərin sırasında qərar verib və bizi qiyamət gününü inkar və təkzib edənlərdən qərar vermədi”.
İmam Rza (ə) buyurdu: “ (Qədir-Xum bayramında) bir- birinizlə üzləşdikdə deyin: Həmd və səna o Allah üçündür ki, bizi Əmirəlmöminin Əli ibni Əbi-Talibin (ə) vilayətinə iman gətirən və vilayət (məktəbinin) davamçılarından qərar verdi” .

7. Təbəssüm:
İmam Rza (ə) buyurdu: “… Qədir-Xum günü möminlərin üzünə təbəssümlə baxmaq (gülərüzlü olmaq) günüdür. Hər kəs Qədir-Xum günü mömin qardaşlarının üzünə təbəssüm etsə, Allah-Taala qiyamət günü o şəxsə rəhmət nəzəri ilə baxacaq, onun min arzusunu həyata keçirəcək və min istəyini qəbul edəcək və onun üçün (cənnətdə) bir qəsr tikəcək və üzünü nurani və gözəl edəcəkdir”.

8. Xoş həyat: 
Yaxşıdır ki, möminlər Qədir-Xum günü gündəlik həyat tərzini dəyişib ailə və dostlarına daha çox vaxt ayırsınlar və gündəlik problemlərini unudub xoş əhval-ruhiyyədə olsunlar və çalışsınlar ki, problem və qayğılarını sevinc, şadlıq və səxavətlə əvəz etsinlər. Bu gün gərək imkanlı möminlər həyatın başqa problemlərini unudub daha çox pul xərcləsinlər ki, bütüb möminlər bu bayramın ürəyaçan xoş iyini və dadını duyub, dada bilsinlər. Vilayət və İmamət bayramının xoş ətrini və insanlara bağışladığı xoş əhval ruhiyyənin hamı üçün gerçəkləşməsi üçün birinci növbədə səxavətli olmaq lazımdır ki, kasıb möminlər  bu əziz və girami bayramı sıxıntılar içində keçirtməsinlər. Buna görədə imkanlı möminlərə lazımdır ki, həm öz ailələri və həm də digər möminlərə geniş mali imkanlar yaratsınlar ki, bu iş üçün Allah-Taalanın dərgahında ən yüksək mükafata layiq görüləcəklər.
Imam Rza (ə) buyurdu: “Qədir-Xum günü bir gündür ki, Allah-Taala bu gün  ona ibadət edib, mömin qardaşlarına və öz ailəsinə maddi imkanlar yaradıb və bu günü qayğısız və şən keçirməyləri üçün kömək edən şəxsin mal-dövlətini çoxaldacaqdır”.

9. Bayram etmək:
İmam Rza (ə) Qədir-Xum bayramında öz yaxınlarının və ətrafındakıların əhval-ruhiyyəsini dəyişirdi və onlarda təzə, şən və əsl bayram əhvalı yaradırdı.

10. Allaha müsəlmanlara bəxş etdiyi vilayət nemətinin müqabilində şükr etmək:
Həzrət Peyğəmbər (s) buyurdu: “Sünnətlərimdən biri də budur ki, möminlər Qədir-Xum günü yüz dəfə bu duanı oxusunlar: Həmd və səna o Allah üçündür ki, Əli ibn Əbi Talibin (ə) vılayəti və imaməti ilə dinini kamil və nemətini tamam etdi”.
Imam Əli (ə) buyurur: Qədir-xum günü Allah-Taalanın sizə nəsib etdiyi “Vilayət”neməti üçün ona şükürlər edin.

11. “Sileyi-rəhm”(qohum-qardaşı ziyarət etmək):
Qohum-qardaş və dost-aşnanın görüşünə və ziyarətinə getmək Qədir-Xum gününün gözəl və mənəvi əməllərindən biridir. Bu sünnət camaatı daha şən və təravətli və bu bayramı onların ürəyində və yadında xoş duyğularla həmişəlik olaraq həkk edir. Elə buna görədə İslam dini bu gözəl sünnətə bayram və bayramdan başqa günlərdə də əməl olunmasına təkid edir.
İmam Rza (ə) buyurur: “Hər kəs, Qədir-Xum günü bir möminin ziyarət və görüşünə gedərsə Allah-Taala onun qəbrinə yetmiş nur daxil edər və qəbrini onun üçün geniş və böyük edər, hər gün yetmiç min mələk onun qəbrinin ziyarətinə gələr və onu cənnət müjdəsi ilə muştuluqlayacaqlar” .
Yaxşı olar ki, möminlər bu gözəl sünnəti bayramların ən böyük və ən gözəli olan Qədir-Xum bayramında yaddan çıxartamasınlar ki, Qədir-Xum bayramını yaşatmaqla birlikdə camaat və qohumlar arasındakı, ülfət, səmimiyyət, dostluq və məhəbbət tellərini də möhkəmlətmiş olsunlar.

12. Ziyarət:
Qədir-Xum günün əməllərindən biri də möminlərin ağası Əli ibn Əbi Talibi (ə) ziyarət etməkdən ibarətdir. O Həzrətin (ə) ziyarəti iki cür mümkündür:
1). O Həzrətin (ə) pak və müqəddəs hərəmində: İmam Rza (ə) Əhməd ibn Əbi Bəsr Bəzəntiyə buyurdu: “Ey Əbi Nəsrin oğlu, harada olursan ol, Qədir-Xum günü Möminlərin ağası Əli ibn Əbi Talibin (ə) müqəddəs qəbrinin kənarında hazır ol! Həqiqətən Allah-Taala bu gün mömin kişi və qadınların altımış illik günahlarını bağışlayır və mübarək Ramazan ayının Qədir gecələrində  və Fitr bayramında (cəhənnəm əzabından) azad etdiyinin  iki bərabərini azad edir” .
Bu zuyarətin qaydasını mərhum şeyx Əbbas Qumi “Məfatih əl-cinan” kitabında həzrəti İmam Hadidən (ə) izahlı şəkildə rəvayər etmişdir .
2). Ümumi ziyarətlər:
Bu ziyatərlərin müqəddəs hərəmə aidiyyəti yoxdur və vilayət aşiqləri eliyə bilərlər olduqları yerdən o həzrətin ziyarətinə nail olsunlar ki, bu barədə iki ünvanda ziyarətnamə mövcuddur:
*- Əminəllah ziyarətnaməsi:
*- İmam Sadiq (ə) rəvayər olunmuş ziyarətnamə: Bu ziyarətnamə də şeyx Əbbas Quminin “Məfatih əl-cinan” kitabında qeyd olunmuşdur.

13. Təmizlik işləri görmək və ev, həyət və küçəni bəzəyib, yaraşığa salmaq və bir sözlə bu müqəddəs bayram üçün hər tərəfli hazırlaşmaq: 
Iamam Sadiq (ə) buyurur:
“Qədir-Xum” günü şadlıq, sevinc və xoşhallıq günüdür”.
Qədir-Xum bayramının gözəl adətlərindən biri də budur ki, müsəlmanlar bu gündə ev-eşiklərini bəzəyib və təzə libaslar geyinməklə bu günə əsil bayram əhval-ruhiyyəsi bəxş etsinlər, və başqa bayramlarla müqayisədə daha çox şadyanalıq etsinlər, çünki Qədir-Xum bayramı bayramların şahıdır. Bu əməlin böyük fəzilət və savabı vardır.
Imam Rza (ə) buyurur:
“Qədir günü zinət və bəzənmək günüdür. Hər kəs Qədir-Xum günü üçün zinətlənsə Allah-taala onun bütün böyük və kiçik günahlarını bağışlayacaq və gələn il Qədir-Xum bayramına qədər onun yaxşılıqlarını yazıb, dərəcələrini yüksəltmək üçün mələklər göndərəcəkdir”.

14. Təşəkkür:
İmam Əli (ə) buyurur: “Qədir-Xum günü Allah-Taalanın sizə bağışladığı vilayət nemətinin müqabilində (uca olan Tanrıya) şükür edin”.
15. Sədəqə vermək:
İmam Əli (ə) buyurur: “Qədir-Xum günü sədəqə verilən bir dirhəmin fəziləti başqa günlərdə sədəqə verilən iki yüz min dirhəmin fəzilətinə bərabərdir”.

16. Peyğəmbər (s) və Əhli-beytə (ə) salam və salavat  göndərmək:
İmam Sadiq (ə) buyurur: “Qədir-Xum günü  Məhəmməd və əhli-beytinə (ə) coç salam və salavat göndərin”.
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd

17. Qonaqlıq:  
Qədir-Xum günü möminlərə qonaqlıq vermək və ziyafət süfrəsinə dəvət etməyin böyük əhəmiyyət və savabı vardır.
İmam Sadiq (ə) buyurur: “Qədir-Xum bayramında dini qardaşlarınızı ziyafət süfrəsinə dəvət edin”.
Imam Rza (ə) bu əməlin fəziləti haqqında buyurur: “Hər kəs Qədir-xum günü bir nəfər möminə yemək versə o kəs kimidir ki, bütün peyğəmbərlər və siddiqlərə yemək vermişdir”.

18. İbadət:
İmam Rza (ə) buyurdu: “Allah-Taala Qədir-Xum günü ibadət edənlərin mal-dövlətin çoxaldacaqdır”.

19. Ətir vurmaq: 
Məsum İmamlar (ə) möminlərə Qədir-Xum bayramında ətir vurmağı sifariş ediblər.

20. Saleh əməl etmək: 
Rəvayətlərə əsasən Qədir-Xum günü yaxşı və saleh işlər etmək həştad ilin ibadətinə bərabər və altımış ilin günahının kəffarəsidir.

21. Qüsl vermək:
Qədir gününün yaxşı əməllərindən biri də günün əvvəlində qusl verməkdir. Şiə alimləri bu günün qüslünün savab olmağına şəhadət vermiş və bu işi təkidli müstəhəb əməl hesab etmişlər.

22. Möminlərin xahiş və istəyini həyata keçirmək:
İmam Sadiq (ə) buyurur:“Qədir bayramında mömin qardaşlarınızın arzu və istəklərinə əməl edin”.

23. Kömək etmək: 
Fəqir, zəif və ehtiyacı olanlara kömək etmək, Qədir-Xum sahibinin bu gün üçün xüsusi sifarişlərindəndir. O həzrətin (ə) göstərişinə əsasən gərək varlılar kasıblara, güclülər zəiflərə kömək etsinlər.
Qədir günü imkansızlara kömək etmək o qədər əhəmmyyətlidir ki, islam dinində borc istəməyin bəyənilmiş bir iş olmadığı halda, məsum imamlar (ə) qədir-xum günü başqalarına kömək etmək üçün borc almağa belə tövsiyə ediblər.
İmam Əli (ə) buyurur: “Hər kəs mömin qardaşına (qədir-xum) günü kəmək etmək üçün borc alarsa, mən Allah-Taala tərəfindən zəmanət verirəm ki, sağlığında o borcu qaytarsın və əgər ömrü vəfa etməsə və dünyasın dəyişsə, o borc Allah-Taala tərəfindən onun öhdəsindən götürüləcəkdir”.
Bu hədisdən iki mühüm nöqtəyə toxunulur:
1. Qədir gününün əhəmiyyəti və dəyərinə görə borc almaq başqa vaxtlarda bəyənilmiş bir iç olmsada bu gün üçün isə sifariş olunmuşdur.
2. “Həqqün-nas” yəni başqalarını haqqını mənimsəyən adam heç vaxt Allah-taala tərəfindən bağışlanılmır, lakin Allah-taala borclun şəxsin borcu Qədir-xum günü başqasına kömək etmək üçün aldığına onu bağışlayır, yəni onun borcunu qiyamət günü borc sahibini razı salmaqla, geri qaytarmış hesab edir.

24. Əfv və güzəşt etmək:
Qədir-Xum gününün müstəhəb sayılan əməllərdən biri də dini qardaşlarımızın səhv və günahlarına göz yummaq və onlarla səmimi və dostcasına əlaqə yaratmaqdır.

25.  Gülərüzlü olmaq:
İmam Əli (ə) buyurur: “Bir-birinizlə gülər üzlə rəftar edin”.

26. Müsavat və bərabərlik:
Əli (ə) buyurur: “Özünüz və zəiflər arasında bərabərlik yaradın”.

27. Əllə salamlaşmaq: 
İmam Əli (ə) buyurur: “Qədir-Xum günü bir-birinizlə üz-üzə gəldiyiniz zaman bir-birinizlə əl tutub salam verin”.

28. Mehribançılıq: 
Imam Əli (ə) buyurur: İnsanların qədir günü bir-birləriylə mehriban, ülfətli və nəvazişlə rəftar etmələri, Allah-Taalanın rəhmət və ülfətinin onlara şamil olmasına səbəb olacaqdır.

29. Namaz:
Qədir bayramının iki namazı vardır. Biri bayram axşamı qılınır və digəri isə bayram günü zöhrdən yarım saat qabaq qılınır.
Bayram axşamı qılınan namaz 12 rəkətdir. Hər iki rəkətdən sonra təşəhhüd vardır və on ikinci rəkətin axırında təşəhüd və salam oxumalıdır. Hər rəkətdə həmd surəsindən sonra, ixlas surəsini yeddi dəfə oxunmalı və on ikinci rəkətdə həmd və ixlas surələrinin hər ikisini yeddi dəfə oxumalıdır. Bu namazın qunutunda dua oxudauqdan sonra öz hacətlərini Allah-Taaladan istəyirsən.
Qədir gününün namazı:
Qədir-Xum günü zöhrdən yarım saat qabaq iki rəkət müstəhəb namaz qılınır. Hər rəkətdə həmd və ixlas surəsindən sonra Qədr surəsi və Ayətul-kursi on dəfə oxunur.
Qədir məscidinin namazı:
Imam Sadiq (ə) buyurur: “Qədir-Xum məscidində namaz qılmaq savabdır” .

30. Dua:
Qədir-xum bayramında dua oxumaq məsum imamlardan (ə) öz davamçılarına təkidlə sifariş olunmuşdur. Bu günə aid olan duaları oxumaq üçün Şeyx Əbbas Quminin “Məfatihul-cinan” kitabına müraciət edə bilərsiniz. Həmçinin bu dualardan bəziləri “Biharul ənvar” kimi hədis kitablarında qeyd olunmuşdur.(Biharul ənvar-cild:59, səh-318).

31. Yaxşılıq və ehsan:
Bir-birinizə yaxşılıq edin ki, yaxşılığınızın sayəsində Allah-Taala sizin aranızda ülfət və mehribançılığı əbədi edəcəkdir. Qədir-Xum günü yaxşılıq etmək ömrün və sərvətin artmasına səbəb olacaqdır.
Imam Sadiq (ə) buyurur: “Qədir günü dini qardaşlarınıza yaxşılıq edin” .

32. Hədiyyə vermək: 
Imam Əli (ə) buyurur: “Allah-Taalanın sizlərə bəxş etdiyi nemətlərdən sizdə qohum-qardaşlarınıza hədiyyə edin”.
Başqa bir hədisdə buyurur: “Allahın nemətlərini bir-birinizə hədiyyə edin, necə ki, Allah-taala sizə bağışlayıbdır”.
Imam Rza (ə) buyurur: “Bu gün (qədir-xum) dini qardaşlarınıza hədiyyə verin!”.
Rəvayətlərdə var ki, İmam Rza (ə) qədir-xum bayramında bəzi səhabələrinin ailəsinə yemək, buğda, təzə libas, üzük və ayaqqabı göndərədi.

33. Toplanış və Yığıncaq: 
Müsəlmanların bir yerə toplaşması qədir-xum gününün əsas əməllərindən biri sayılır. Bu dini-siyasi hökm Allah-taala tərəfindən müsəlmanların birliyini və bir-birləri ilə əlaqələrinin möhkəmliyinin qorunub saxlanması üçün əmr olunubdur.
Imam Əli (ə) buyurur: “Qədir-xum günü bir yerə toplaşın ki, Allah-taala sizin işlərinizin nizama salınmasında və problemlərinizin həll olunmasında sizə yardımçı olsun”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button