ArxivXəbər lentiXəbərlər

Türkiyədə terror: Ölənlər və yaralananlar var – YENİLƏNİB

Yaralıların arasında mülki vətəndaşlar da var.

Türkiyənin Diyarbəkir şəhərində avtovağzalın yaxınlığında polis maşını hərəkət edərkən partlayış baş verib.

Qafqaz,ir Türkiyə KİV-ə istinadən məlumat verir ki, hadisə nəticəsində 7 polis ölüb, 27 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Bundan əvvəl 6 polisin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilirdi.

Şahidlər hadisənin avtomobildə olan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini bildirirlər.

“CNN Turk” telekanalının məlumatına əsasən, partlayışdan sonra Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Həmçinin qeyd olunur ki, bu gün Diyarbəkir vilayətində Türkiyənin üç naziri – inkişaf naziri Cevdet Yılmaz, ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarı, mədəniyyət və turizm nazir Mahir Ünal olublar.

20:25

Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktı nəticəsində altı polis əməkdaşı həlak olub, 23 nəfər isə yaralanıb.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarını daşıyan mikroavtobusun yaxınlığında  minalanmış avtomobil partladılıb.

Yaralılar arasında mülki şəxslərin də olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşlarından üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun aprelin 1-də Diyarbəkirə səfəri planlaşdırılıb.

19:28

Diyarbəkirdə törədilən terror aktı nəticəsində 4 polis əməkdaşı həlak olub, daha 18 nəfər isə yaralanıb.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yaralıların arasında mülki vətəndaşlar da var.

19:11

Türkiyənin Diyarbəkir şəhərində avtovağzal yaxınlığında güclü partlayış baş verib.

Oxu.Az-ın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb olunub.

Partlayış nəticəsində yeddi nəfər xəsarət alıb.

Şahidlər bildiriblər ki, polisləri daşıyan mikroavtobusun hərəkəti zamanı içərisinə partlayıcı maddə qoyulmuş avtomobilin partladıldığı, nəticədə avtobusun içərisindəki polislərin və ətrafdakı vətəndaşların yaralandıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button